Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda akrobatika gimnastikası üzrə çempionat başlayıb

Bakıda akrobatika gimnastikası üzrə çempionat başlayıb

Date: 7 November 2016 13:12

Bu gün Bakıda akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatı, eləcə də batut gimnastikası və tambliq üzrə 14-cü Azərbaycan birinciliyi və Bakı çempionatı start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, arışların ilk günündə qadın cütlükləri (uşaqlar - 2000-2007-ci il təvəllüdlü), kişi cütlükləri (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər), qarışıq cütlüklər (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər, uşaqlar - 2000-2007-ci il təvəllüdlü, balacalar - 2002-2010-cu il təvəllüdlü) və qadın qrupları (yeniyetmələr 1998-2006-ci il təvəllüdlü, uşaqlar - 2000-2007-ci il təvəllüdlü, balacalar - 2002-2010-cu il təvəllüdlü) medallar uğrunda mübarizə aparacaqlar.

50-dən çox idmançının iştirak edəcəyi yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "Neftçi" idman klubu və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunur.

Yarışlar Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayımlanır. Turnir barədə daha ətraflı məlumatı Federasiyanın saytından almaq olar.

Yarışlar noyabrın 8-dək davam edəcək.

Milli.Az


Tags:  Bakıda akrobatika gimnastikası üzrə çempionat başlayıb

RƏYLƏR


Top news