Nəqliyyat müfəttişləri sürücülərdən əl çəkmir - ÖZBAŞINALIQ

Nəqliyyat müfəttişləri sürücülərdən əl çəkmir - ÖZBAŞINALIQ
13:32 7 Noyabr 2016
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Yük maşınlarının sürücülərini saxlayaraq yolda "Fərqlənmə nişanı" satırlar.

Milli.Az bildirir ki, son günlər bir neçə sürücü avtosfer.az saytına müraciət edərək idarə etdikləri yük avtomobilinin Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat veriblər. Onların dediyinə görə, nəqliyyat müfəttişləri sürücüyə yaxınlaşaraq "Fərqlənmə nişanı" tələb edirlər. "Fərqlənmə nişanı" olmayanları yüksək məbləğdə cərimə olunacaqları ilə bağlı hədələyərək elə yerindəcə onlara 40-50 manat müqabilində "Fərqlənmə nişanı" verməyi təklif edirlər. Bundan imtina edən sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi üzrə protokol tərtib edərək məhkəməyə göndərirlər. Sürücülərin iddiasına görə, hətta məhkəmədə onların iştirakı olmadan həmin protokola baxılaraq 50 manatlıq cərimənin tətbiq olunması barədə bildiriş göndərilib.

Bunun qanunauyğun olub-olmadığını aydınlaşdırmaq üçün hüquqşünas Ərşad Hüseynova müraciət etdik. O bildirdi ki, sahibkarlıq fəaliyyəti kimi yükdaşımalarla məşğul olan yük avtomobillərinin sahibləri və sürücüləri Vergi Məcəlləsinin tələbinə əsasən, "Fərqlənmə nişanı" almalıdırlar. "Fərqlənmə nişanı" almaq üçün yalnız sadələşdirilmiş vergi (bəzi sürücülər bunu rüsum kimi qəbul edirlər) ödənilməlidir. Verginin dərəcəsi isə yük avtomobilinin yük götürmə qabiliyyəti ilə müəyyən olunur və Bakıda hər ton üçün 2 manat, Gəncə, Sumqayıt şəhərlərində, Abşeron rayonunda 1,5 manat, ölkənin digər ərazilərində isə cəmi 1 manatdır. Yəni məsələn, Bakıda "Qazel" avtomobili üçün hər aya görə 3 manat 40 qəpik (yük götürmə qabiliyyəti 1.7 tondur) vergi ödənilməlidir. "Fərqlənmə nişanı"nı sürücü DANX-dan almalıdır.

Hüquqşünas bildirdi ki, "Fərqlənmə nişanı" olmadan yükdaşımaya görə məsuliyyət məsələsində isə qanunvericilikdə müəyyən problemlər var. Ötən ilin dekabrına qədər bu fəaliyyət lisenziyalaşdırılan fəaliyyət idi və lisenziya olmadan yükdaşımaya görə sürücü 100 manat cərimə oluna bilərdi. Lisenziyalar ləğv edildi, lakin İnzibati Xətalar Məcəlləsində bu barədə 324-cü maddə olduğu kimi qalır. Yəni həmin maddə lisenziyasız yükdaşımaya görə məsuliyyət müəyyən edir, lisenziya isə ləğv edilib. Ona görə də heç kəs bu maddə ilə məsuliyyətə cəlb oluna bilməz, çünki "Fərqlənmə nişanı" lisenziya deyil. "Fərqlənmə nişanı" almadan yük daşıyan sürücü az miqdarda vergiləri ödəməkdən yayınmaya görə İXM-in 460-cı maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Bu maddə üzrə isə məsuliyyətə cəlbetmə müstəsna olaraq vergi orqanlarının səlahiyyətinə aiddir. Yəni nəqliyyat müfəttişləri heç kəsi İXM-in 460-cı maddəsi üzrə məsuliyyətə cəlb edə bilməzlər, hər hansı protokol yaza bilməzlər.

Ərşad Hüseynov bildirdi ki, İXM-in 552-ci maddəsi üzrə sürücünün məsuliyyətə cəlb olunması da, əslində, mümkün deyil. Birincisi, bu maddə üzrə sürücünün məsuliyyəti o vaxt yaranır ki, onun sənədləri olsun, lakin nəqliyyat müfəttişinə təqdim etməsin. Əgər sürücünün "Fərqlənmə nişanı" yoxdursa və o, bunu müfəttişə təqdim edə bilmirsə, 552-ci maddədən söhbət gedə bilməz: "Ümumiyyətlə, İXM-in 552-ci maddəsi üzrə işlərə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Problem də odur ki, məhkəməyə göndəriləcək protokolun hansı orqan tərəfindən tərtib edilməsinə aydınlıq gətirilməyib. Prezidentin 795 saylı fərmanı ilə 552-ci maddə və məhkəmənin səlahiyyətinə aid olan digər maddələr üzrə protokol yazmalı olan orqanların siyahısını hazırlamaq Nazirlər Kabinetinə tapşırılıb, amma bu siyahı hələ ki hazırlanaraq təsdiqlənməyib. Belə olan halda məhkəmənin İXM-in 552-ci maddəsi üzrə protokola necə baxmağı aydın deyil. Digər tərəfdən, məhkəmə istənilən inzibati materiala baxarkən sürücüyə bildiriş göndərməlidir. Yalnız sürücü üzürsüz səbəbdən gəlmədikdə onun iştirakı olmadan işə baxılaraq qərar çıxarıla bilər. Bu səbəbdən sürücüyə cərimə barədə hazır qərarın və ya bildirişin göndərilməsi də anlaşılan deyil".

Bizə müraciət edən sürücülər hətta iddia edirlər ki, onları yolda saxlayanlar bəzən DANX-ın təsis etdiyi regional MMC-lərin əməkdaşları olurlar. Hüquqşünas qeyd etdi ki, hər hansı MMC-nin işçisinin nəinki protokol tərtib etmək, hətta sürücünü dayandıraraq ondan sənəd tələb etmək hüququ da yoxdur.

Düşünürük ki, bizə müraciət edən sürücülərin bildirdiyi bu kimi halların qarşısı alınacaq. Bununla belə, yük avtomobili sürücülərinə də müraciət edirik ki, vaxtlı-vaxtında vergiləri ödəsinlər və "Fərqlənmə nişanı" alsınlar. Çünki qeyd edildiyi kimi, vergi orqanları "Fərqlənmə nişanı" almayan sürücüləri məsuliyyətə cəlb edə bilər.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Özündən 19 yaş kiçik qızla sevgilidir - FOTO

28 Aprel 2017 21:52

Federika Moqerinidən Türkiyə açıqlaması

28 Aprel 2017 21:47

Dərinin göbələk xəstəlikləri

28 Aprel 2017 21:47

Nazir müavini: “Bütün dünyada müharibə…”

28 Aprel 2017 21:43

Hamiləlikdə lazer epilyasiyası etdirmək olar?

28 Aprel 2017 21:42

Moqerini: “Türkiyə ilə danışıqlar prosesi dayandırılmayıb”

28 Aprel 2017 21:39

""Sovetski"də 10 mindən çox ev sökülməlidir, 4500-ü sökülüb"

28 Aprel 2017 21:37

Orqanizmdə qurdlar - Simptomlar, müayinə və müalicə

28 Aprel 2017 21:37

"İçerde"nin "Mələy"indən xeyirxah addım - FOTO

28 Aprel 2017 21:32

"Onun öldüyünü hələ ki, təsdiq edə bilmərik, lakin..."

28 Aprel 2017 21:27

Azərbaycanlı aktrisaya İNANILMAZ TƏKLİF - FOTO

28 Aprel 2017 21:27

"Bakı-2017":

28 Aprel 2017 21:26

Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən MÖCÜZƏVİ RESEPT

28 Aprel 2017 21:22

Uzun və sağlam yaşamaq üçün nə yeyək? - HƏKIM RƏYI

28 Aprel 2017 21:17

"Onlar bilirlər ki, Qarabağda hər an böyük müharibə qızışa bilər"

28 Aprel 2017 21:17

Tbilisidə 10 yaşlı azərbaycanlı erməni idmançını məğlub edib

28 Aprel 2017 21:17

Qızları məşhurluqda atalarını geridə qoydular - FOTO

28 Aprel 2017 21:17

İt 380 kilometri qət edib, sahibinə qovuşdu

28 Aprel 2017 21:12

Formula yarışlarının yeganə azərbaycanlı pilotu - "Bir gün məni də Bakı trasında görəcəksiniz"

28 Aprel 2017 21:12

Əziz Seyidov and içərək vəzifəsinin icrasına başlayıb

28 Aprel 2017 21:12

Avropa İttifaqının NEAR Baş direktorluğunun nümayəndə heyəti ilə Bakıda görüş olub

28 Aprel 2017 21:07

Rayondan paytaxtda yük daşıdılar: zəhmət haqlarını ala bilmirlər - VİDEO

28 Aprel 2017 21:05

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan SƏNƏDLƏR - VİDEO

28 Aprel 2017 21:05

YAP Nizami rayon təşkilatı Qadınları Şurası akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTO

28 Aprel 2017 21:05

Uşaqlarının əri ilə barışan Ruhi, Azərbaycanı tərk edən aşıq Samirə - FOTO

28 Aprel 2017 21:05

Elmar Məmmədyarov nazirlərin Moskva görüşünə münasibət bildirdi

28 Aprel 2017 21:03

"Şimali Koreyanın ABŞ-a hücum etməsi an məsələsidir" -

28 Aprel 2017 20:58

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olub

28 Aprel 2017 20:57

Universitet tələbəsinin rejissorluğu ilə “Qəribə oğlan” tamaşası göstərilib

28 Aprel 2017 20:57

Putin-Merkel görüşünün TARİXİ AÇIQLANDI

28 Aprel 2017 20:57

Məşhur yazıçı VƏFAT ETDİ

28 Aprel 2017 20:52

Qızın “tovlayıcı” donu onu yarışdan kənarda qoydu

28 Aprel 2017 20:48

MAŞIN şou nə vaxt başlayır və kimlər olacaq?

28 Aprel 2017 20:47

Beynəlxalq təşkilatların rəhbərləri 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaqlar

28 Aprel 2017 20:47

Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı AÇIQLAMA

28 Aprel 2017 20:47

Azərbaycan XİN-dən cəbhədəki gərginliklə bağlı –

28 Aprel 2017 20:45

“Prezidentlər görüşməyə özləri qərar verməlidirlər” - nazirdən Qarabağ açıqlaması

28 Aprel 2017 20:44

Rusiya Yatsenyuku beynəlxalq axtarışa verdi

28 Aprel 2017 20:42

Bitkoinin qiyməti qızılı ötərək tarixi rekord qiymətə çatıb

28 Aprel 2017 20:42

Bel ağrılarından birdəfəlik xilas edən pozalar - FOTOLAR

28 Aprel 2017 20:38

Türkiyədə məzarı aşkarlanan çar Rusiyası generalının nəvəsi tapılıb

28 Aprel 2017 20:37

İtaliyalı gimnastlar: "Çox şadıq ki, Bakıdakı Dünya Kubokunun finalında çıxış etmək şansı qazandıq"

28 Aprel 2017 20:37

Bakıda 3-cü Britaniya Bahar Film Festivalının açılışı olub

28 Aprel 2017 20:37

Mikroavtobus yük maşını ilə toqquşdu - 3 məktəbli yaralandı

28 Aprel 2017 20:29

Ağsuda traktorçu iş başında dünyasını dəyişdi

28 Aprel 2017 20:28

"Belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir" - Abid Şərifov

28 Aprel 2017 20:27

Klublararası dünya çempionatının püşkü atıldı

28 Aprel 2017 20:27

"Qızıl Kəlmə” Ədəbi Mükafatı 2017-ci il üzrə qaliblərə təqdim olunacaq

28 Aprel 2017 20:22

"Bütün günü internetdə uşağım üçün adlara baxıram" - Ata olmağa hazırlaşan Elçin

28 Aprel 2017 20:22

Avropa çempionatı:

28 Aprel 2017 20:21