Klinton, yoxsa Tramp? - Son sorğuların NƏTİCƏLƏRİ

Klinton, yoxsa Tramp? - Son sorğuların NƏTİCƏLƏRİ
13:33 7 Noyabr 2016
91 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikalıların 45-ci prezidenti kim olacaq: demokrat Hillari Klinton, yoxsa respublikaçı rəqibi Donald Tramp? Bu sualın cavabı noyabrın 8-də veriləcək. Amma rəy sorğuları bu suala müəyyən qədər cavab verir.

Publika.az müxtəlif nəşrlər və sosioloji şirkətlər tərəfindən həyata keçirilən sorğuların nəticələrini təqdim edir.

“Wall Street Journal” və “NBC News”un 3-5 noyabr tarixlərində birgə keçirdiyi sorğuya görə, seçicilərin 44 faizi Klintonu, 40 faizi Trampı dəstəkləyir. “Vaşinqton Post” və “ABC News” tərəfindən keçirilən sorğuya görə, Klinton 48 faizlə Trampı (43 faiz) 5 faiz qabaqlayır. Bu nəticələr həftənin əvvəlində Klintonla olan fərqi aradan qaldıran Trampın yenidən geri düşdüyünü göstərir.

“Vaşinqton Post” Klintonun yüksəlişinə səbəb olaraq, “ağ olmayan seçicilər”dən aldığı dəstəyin artmasını və müstəqil seçiciləri öz tərəfinə çəkməsini göstərib.

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Hillari Klintonun şəxsi elektron poçtu ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb. FTB direktoru Ceyms Komeyin ABŞ Konqresinə göndərdiyi məktubunda deyilir ki, araşdırmalar nəticəsində Hillari Klintonun elektron poçtunda hər hansı cinayət əməli aşkar edilməyib. Gözlənilir ki, bu, Klintona olan dəstəyi artıracaq.

“McClatchy-Marist” şirkətinin apardığı sorğu isə Klintonun yalnız 1 faiz öndə olduğunu göstərib (43 faizə qarşı 44 faiz).

Noyabrın 8-də ABŞ-da Konqresin 435 yerlik Nümayəndələr Palatasının hamısı, 100 üzvlük Senatın üçdə biri və bəzi qubernatorluqlar seçiləcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR