Dövlət büdcəsi hesabına 36,7 milyon manat kredit verilib

Dövlət büdcəsi hesabına 36,7 milyon manat kredit verilib
13:38 7 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Sentyabrda dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsinə 4,3 milyon manat ayrılıb.

Publika.az xəbər verir ki, ilin əvvəlindən dövlət büdcəsindən ipoteka kreditləşməsinə 36,7 milyon manat vəsait yönəldilib. Mərkəzi Bankın statistikası göstərir ki, banklar tərəfindən ilin 4 ayında ipoteka kreditləşməsi həyata keçirilib. Növbəti aylarda banklar prosesi dondurub. 4 ayda bankların ayırdığı maksimum məbləğ 0.6 milyon manat olub.

Cari ildə Azərbaycan İpoteka Fondu tərəfindən istiqraz yerləşdirilməyib.

Oktyabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən 40882,6 milyon manat kredit verilib. Kreditlər üzrə faiz dərəcəsi 6,8 faiz olub.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/175035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR