Azərbaycanlı deputat Bolqarıstanda müşahidə apardı, razılığa gəldi - FOTO

Azərbaycanlı deputat Bolqarıstanda müşahidə apardı, razılığa gəldi - FOTO
13:47 7 Noyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstan parlamentinin dəvəti ilə Bolqarıstanda səfərdə olub və noyabrın 6-da bu ölkədə keçirilmiş prezident seçkilərinin gedişatını müşahidə edib.

Milli.Az xəbər verir ki, səfər zamanı Rauf Əliyev Bolqarıstan parlamentində Bolqarıstan Xalq Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Korman İsmayılov başda olmaqla dostluq qrupunun üzvüləri ilə görüş keçirib. Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova iştirak edərək çıxış edib. Görüşdə Bolqarıstan-Azərbaycan parlamentlərarası əlaqələrin, eləcə də iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və idman sahələrində əlaqələrin mövcud vəziyyəti və inkişaf prespektivləri müzakirə olunub.

Bundan əlavə, Bolqarıstan Mərkəzi Seçki Komissiyasında komissiya üzvləri ilə görüşlər keçirilib, seçkinin gedişatı barədə məlumatlar əldə olunub, bu sahədə iki ölkənin təcrübələri nəzərdən keçirilib və gələcəkdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, noyabrın 6-da Bolqarıstanda növbəti Prezident seçkisi keçirilib. Bolqarıstan prezidenti və vitse-prezidenti vəzifələri uğrunda müxtəlif partiya, ictimai hərəkat və birliklərdən 21 cütlük olmaqla 42 namizəd mübarizə aparıb. Qabaqcadan proqnoz verildiyi kimi, əsas mübarizə hakim "Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda" (GERB) partiyasının namizədi xanım Tsetska Tsaçeva və Bolqarıstan Sosialist Partiyasının namizədi Rumen Radev arasında baş tutub. Prezident seçkilərinin II turunda GERB partiyasının üzvü, Bolqarıstan parlamentinin spikeri Tsetska Tsaçeva və Hərbi Hava Qüvvələrinin sabiq komandiri, Bolqarıstan Sosialist Partiyasının üzvü Rumen Radev qarşılaşacaqlar.

İlkin İzzət
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR