Yəməndə girov götürülmüş ABŞ vətəndaşı azad edildi

Yəməndə girov götürülmüş ABŞ vətəndaşı azad edildi
13:52 7 Noyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə girov götürülmüş ABŞ vətəndaşı azad edilib və Omana göndərilib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu  barədə "Reuters" agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, Amerika vətəndaşını husilər paytaxt Sanada girov götürmüşdülər. O, azad edildikdən sonra hökumət qüvvələri ilə üsyançılar arasında baş vermiş qarşıdurma zamanı xəsarət almış Yəmən vətəndaşları ilə birlikdə Omana göndərilib.

Məlumata görə, ABŞ-ın bir neçə vətəndaşı, o cümlədən oktyabrda azadlığa buraxılan amerikalılar casusluqda şübhəli bilinərək saxlanılmışdılar.

Yəməndə hərbi qarşıdurma 2014-cü ildən davam edir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR