Qurban Qurbanovun 200-cü qələbəsi

Qurban Qurbanovun 200-cü qələbəsi
13:57 7 Noyabr 2016
85 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb.

Milli.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, Azərbaycan Premyer Liqasının XI turunun "Zirə" ilə qarşılaşmasına təsadüf edib. 200-cü qələbə 44 yaşlı mütəxəssisin Ağdam təmsilçisinin baş məşqçisi vəzifəsindəki 368-ci qarşılaşmada qeydə alınıb. Digər 168 görüşdən 99-u heç-heçə, 69-u məğlubiyyətlə nəticələnib.

200 qələbədən 151-ci Premyer Liqa çərçivəsində əldə olunub. X turun AZAL-la səfər matçındakı 1:0 hesablı qələbə ölkə çempionatlarında 150-ci olmuşdusa, bu dəfəki 151-ci qələbə ümumilikdə 200-cü kimi tarixə düşüb. Digər 49 qələbədən 22-si Azərbaycan kuboku, 27-si avrokuboklara təsadüf edib.

"Qarabağ"ın Qurbanovun rəhbərliyi altında ilk qələbəsi mütəxəssisin bu vəzifədəki debüt oyununda yaşanıb. 2008-ci il avqustun 9-da "Qarabağ" səfərdə "Bakılı"nı 2:1 hesabı ilə məğlub edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR