"Qızlarıma bunu qadağan etmişəm, həyat yoldaşım isə..." - MÜSAHİBƏ - FOTO

"Qızlarıma bunu qadağan etmişəm, həyat yoldaşım isə..." - MÜSAHİBƏ - FOTO
13:57 7 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Həyat yoldaşım məni "üçlü seks"ə məcbur etdi" - Müğənnidən ŞOK AÇIQLAMA - FOTO (05 Aprel 2017 17:17)

Bir ara adı qalmaqallarda səsləndi. Daha sonra adı vergi borcunu ödəməynlərin siyahısına salındı. Amma bəzi həmkarlarından fərqli olaraq, nə bu məsələlərə aydınlıq gətirdi, nə də şou gündəmində qalmaq üçün bu məqamlardan istifadə etdi. Söhbət müğənni Elton Hüseynəliyevdən söhbət gedir.

Milli.Az onun publika.az-a müsahibəsini təqdim edir.

- Nədənsə, son vaxtlar tədbirlərdə, efirlərdə az-az görünürsüz. Səbəb nədir, çağırmırlar, yoxsa, özünüz belə istəyirsiniz?

- Əlbəttə, dəvətlər olur, sadəcə olaraq, özüm belə istəyirəm. Çünki tez-tez görünüb, insanların gözünü yormaq istəmirəm. Gərək insanlar səni gözləsin, sənin üçün darıxsın. Həm də arada bir görünəndə müğənni şirin və maraqlı olur.

- Bəlkə qalmaqallardan qorxursunuz, buna görə? Çünki son vaxtlar başınız qalmaqaldan heç açılmadı...

- İki-üç ay əvvəl mənim də adım müəyyən həmkarlarımla qalmaqalda hallandı. Amma indi qalmaqaldan uzağam. Qalmaqal heç bir insanın xeyrinə deyil. Düşünürəm ki, insanların qəlbini qırmaq olmaz. Həm də mənim qalmaqal edib, gündəmə gəlməyimə, reklam olunmağıma ehtiyacım yoxdur. Düşünürəm ki, bundan sonra adım qalmaqallarda çəkilməyəcək.

- Buna əminsiniz?

- Hər halda, buna imkan verməyəcəm.

- Hansı hallarla rastlaşanda qəzəblənirsiniz?

- Paxıllıq, haqsızlıq görəndə çox pis oluram. İnsanlara lağ edəndə, onları aşağılayanda, şəxsiyyətinə toxunulanda əsəbiləşirəm. Zalımlıq, insanlara qarşı rəhimsizlik məni həmişə qəzəbləndirib.

- Ən sərt reaksiyanız necə olur?

- Həmin insanları acılayıram, sözümü birbaşa üzünə deyib, düzgün hərəkət etmədiyini bildirirəm. Belə adamlarla aram dəyir, haqq-salamı kəsirəm. Çalışıram söz-söhbətlərdən uzaq olum.

- Tənqidlə aranız necədir?

- Tənqidə açıq biriyəm. Sosial şəbəkədə də haqlı tənqidləri eşitməyə hazıram. Münasibətim də normal olur, hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Ümumiyyətlə, mən təbiət etibarı ilə dərhal özündən çıxan adamlardan deyiləm. Boğaza yığılanda artıq özümü ələ ala bilmirəm və o məqamda sərt oluram. Amma təəssüf ki, tənqidlə təhqiri səhv salanlar da olur.

- Elələrinə qarşı reaksiyanız necə olur?

- Dərhal bloka atıram.

- Bir çox müğənnilər toy qıtlığından şikayət edirlər...

- Başqalarını deyə bilmərəm, amma məndə, maşallah hər şey yaxşıdır. Avqust, iyun, sentyabrda da toylarım bol olub. Əvvəlki kimi, mən kasadlıq hiss etməmişəm.

- Həmkarın Nadir Qafarzadə pulsuzluqdan bağ evini satdı, sizdə vəziyyət necədir?

- Şükür, mən heç nə satmamışam, əksinə, özümə yeni ev tikdirirəm.

- Sağlığınıza qismət olsun. Bir ara, adınız vergi ödəməynlər sıyahısında yer almışdı, ödədiniz borcunuzu?

- Əvvəllər vergi borcum olub, amma indi heç yerə borcum yoxdur.

- Cəriməniz olanda, vaxtında ödəyirsiniz, yoxsa?

- Bir də görürəm, cəriməm var, iki ay keçir, üst-üstə yığılır, dərhal aparıb ödəyirəm. Onsuz da əvvəl-axır bu cəriməni mən ödəyəcəyəm, gecikdirməyin, qaçmağın nə mənası var. Başqası mənim yerimə gedib, borc ödəməyəcək ki...

- İndiyə qədər ödədiyiniz ən böyük cərimə məbləği nə qədər olub?

- 2200 manat. Amma arada 200, 300, 400 manat ödədiyim cərimələr də olub.

- Maraqlıdır, bəs ən çox nəyə pul xərcləyirsiniz?

- Geyimə və istirahətimə.

- Qızlarınız necədir, tez-tez sosial şəbəkədə fotolarını paylaşırsız?

- Böyüyürlər. Məryəmin 10, Nurayın 8 yaşı var.

- Sərt atasız?

- Mülayim və yumşaq xasiyyətli atayam. Amma bir baxışım yetər ki, qızlarım sözlərini götürsünlər. Dərhal məni başa düşürlər.

- Kiçik olsalar da, onlara müəyyən qadağalarınız varmı?

- Mütləq. Amma çalışıram qızlarımı sözlə başa salım, nəyin pis, nəyin yaxşı olduğunu anladım.

- Hər kaprizlərinə dözürsünüzmü?

- Çalışıram, istədiklərini maksimum dərəcədə yerinə yetirim, amma istəmirəm şmarmasınlar, özlərindən çıxsınlar.
- Qızların tərbiyəsi ilə daha çox kim məşğul olur, siz, yoxsa, anası?

- Daha çox anası. Amma mən də köməkçi oluram. Çünki ana şəfqətli olur, bu da övladın bir qədər şmarmasına gətirib çıxarır. Ata sözü həmişə kəsərli olur.

- Bəs xanımınıza qarşı necə, mühafizəkarsınız? Məsələn, geyiminə qarışırsınız?

- Mühafizəkaram, amma geyim məsələsinə qarışmıram. Çünki, həyat yoldaşım zövqlü qadındır və geyimində heç vaxt qüsur görməmişəm.

- Bəs hansı məqamlarda mühafizəkar olursunuz?

- İstəyirəm ailəm heç kimə möhtac olmasın. Ürəkləri istəyəni alıram, yüksək səviyyədə onları təmin edirəm. Qızlarımı küçədə-bayırda, məhəllədə oynamağa qoymuram. Deyirəm, evdə oynasınlar.

- Sürpriz etməyi xoşlayırsız?

- Sevgisi içində olan adamam. Çox vaxt büruzə vermirəm. Amma xanımıma arada sürprizlər edirəm.

- Həyatda ən çox nəyi itirməkdən qorxmusunuz?

- Ailəmin etibarını və insanların sevgisini itirməkdən. Şükür Allaha, hələ ki, bunları qoruyub saxlamışam.

- Səhviniz olanda etiraf etməyi xoşlayırsız?

- Səhvlərimi birinci özüm-özümə etiraf edirəm. Allahdan bağışlanmağımı istəyirəm. İnsanıq, səhvlər həmişə olur. Amma gərək insan özü-özü ilə hesab aparsın və etdiyi səhvləri bir də təkrarlamasın.

- Bir çox həmkarlarınız özlərinə biznes açıb. Bəs siz?

- Hələ ki, yoxdur. Amma nə vaxtsa biznes fəaliyyəti barədə düşünürəm. Hələ ki qazanc yerim sənətimdir.

Milli.Az








RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İsveçin Malmö şəhərində partlayış baş verib - VİDEO

27 May 2017 08:42

Galaxy S9 barədə ilk məlumatlar

27 May 2017 08:42

Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur

27 May 2017 08:42

Çəhrayı ananas SATIŞDA - FOTO

27 May 2017 08:38

ABŞ-da partlayış: 1 ölü

27 May 2017 08:37

Rəqəmsal məzar daşı - Dünyada bir ilk!

27 May 2017 08:37

Berlində maşın metroya girdi: 6 yaralı - FOTO

27 May 2017 08:32

Dronun qoruduğu ilk avtomobil göstərildi - VİDEO

27 May 2017 08:32

Ağcabədidə "Daewoo" yanıb

27 May 2017 08:27

“Facebook” öz “YouTube”unu yaradır

27 May 2017 08:27

Slovakiyadan Türkiyəyə dəstək

27 May 2017 08:23

Tovuzda imtahandan kəsilən qız intihara cəhd etdi

27 May 2017 08:22

3 yeni Sony smartfonu nümayiş olunacaq

27 May 2017 08:22

Meksikada başı kəsilmiş beş meyit tapılıb

27 May 2017 08:17

Yeni Huawei planşetləri təqdim ediləcək

27 May 2017 08:17

Bakıda gənc oğlan ülgüclə boğazını kəsib

27 May 2017 08:17

Google nəhəng sensorlu displey hazırlayıb - VİDEO

27 May 2017 08:12

Suriya İsrailin UPA-sını vurdu

27 May 2017 08:12

Robot bazarı 5 dəfə böyüyəcək

27 May 2017 08:12

Orqan ticarətinin mərkəzi olan İsrail - "Uşaqların bədənlərini yarıb..." - FOTO/VİDEO

27 May 2017 08:08

Microsoft yeni “bulud” sistemi yaradır

27 May 2017 08:05

Misir qırıcıları terrorçulrı vurdu

27 May 2017 08:05

Zbiqnev Bjezinski 89 yaşında vəfat edib

27 May 2017 07:55

WannaCry-ın versiyalarının sayı 400 minə yaxınlaşır

27 May 2017 07:52

Yeni Surface Pro təqdim olundu - VİDEO

27 May 2017 07:47

Ən sürətli sensorlu qələm istehsal olunub

27 May 2017 07:37

Bakıxanovda maşın səkiyə çırpılıb, 3 nəfər xəsarət alıb

27 May 2017 07:37

Mariya Zaxarova: “Bakı məni heyran etdi” - FOTO

27 May 2017 07:32

Zbiqnev Bjezinski dünyasını dəyişib

27 May 2017 07:27

Təhlükəsiz LG X Venture smartfonu təqdim olundu

27 May 2017 07:27

Azərbaycanda baş verən 5 ən güclü zəlzələnin görüntüləri - VİDEO

27 May 2017 07:23

Cocuq Mərcanlıda 1 074 qəlpə tapılıb (FOTO)

27 May 2017 07:15

Samsung Galaxy Note 8-in fotoları yayıldı

27 May 2017 07:12

Ronaldu vergidən yayındığına görə 6 milyon avro təzminat ödəyib

27 May 2017 06:57

Suriya HHQ İsrailin pilotsuz uçucu aparatını vurub

27 May 2017 06:55

Gədəbəydə qayın yeznəni baltaladı

27 May 2017 06:38

Qaradağda ədəd tank əleyhinə tüstü minası tapılıb (FOTO)

27 May 2017 06:36

Azərbaycanın Respublika və Silahlı Qüvvələr günləri Londonda təntənəli şəkildə qeyd olunub - FOTO

27 May 2017 06:12

Bakının gecə klubunda kütləvi dava zamanı ərəb turist döyülüb

27 May 2017 06:02

Ağcabədidə avtomobil yandı

27 May 2017 05:53

Kriştianu Ronaldu 2017-cu ildə ən yüksək gəlir qazanan futbolçu olub

27 May 2017 05:22

ABŞ-da tibb bacısı 60 uşağın qətlində şübhəli bilinir

27 May 2017 05:12

Cinsi həyata təsir edən XƏSTƏLİKLƏR

27 May 2017 04:48

ABŞ-da partlayış nəticəsində 1 nəfər ölüb

27 May 2017 04:22

Liviyada silahlılar Qəddafiyə bağlı məmurların saxlandığı türməni ələ keçirib

27 May 2017 04:02

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI

27 May 2017 03:48

Almaniyada maşın metro stansiyasına girib:

27 May 2017 03:34

G7 ölkələrinin liderləri terrorizmlə mübarizəyə dair bəyannamə imzalayıblar

27 May 2017 03:32

Ağcabədidə "Daewoo" yanıb

27 May 2017 03:22

Parisdə terror həyəcanı

27 May 2017 02:48