Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qızlarımıza verdiyimiz tərbiyə: ""Qadın ölər, amma səsi çıxmaz"

Qızlarımıza verdiyimiz tərbiyə: ""Qadın ölər, amma səsi çıxmaz"

Date: 7 November 2016 14:05

Qadın zorakılığının qarşısının alınmasına dövlət dəstək verməlidir. 

Mili.Az bildirir ki, bunu aznews.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin əməkdaşı Təranə Həsənova deyib. Onun sözlərinə görə, Bu məsələdə qeyri-hökumət təşkilatları da dövlətin yanında olmalıdır: "Qadınlara qarşı olan intihar və zorakılıq hallarının artması son illər cəmiyyətin ən yaralı mövzularından biri hesab olunur. Zorakılıq cəmiyyətdə neqativ hallarla əlaqədardır. Bu məsələdə ən acınacaqlı hal zorakılıqların ailə üzvləri tərəfindən tərdilməsidir. Məsələn, ailə başçısı olan ata işsizdir. Ata ailəsini təmin edə bilmədiyi halda söz-söhbət yaranır. Ailə başçısı özünü cəmiyyətdə lazım olan formada ifadə edə bilmir. O, kənarda edə bilmədiyi hərəkəti asanlıqla ailəsində edir, əl-qol atır və qadın üzərində öz qüvvəsini sınayır. Bu da sonda qadının ölümü ilə nəticələnir". 

T.Həsənova qeyd edir ki, zorakılıq birdən-birə baş vermir: "Söz-söhbətdən təhqirə, təhqirdən döyülməyə, ordan isə ölümə aparır. Ən dəhşətlisi də budur, bu gün bütün ailələr qızlarını belə tərbiyyə edir: "Qadın ölər, amma səsi çıxmaz". Döyülməyi, acıya dözməyi biz ailədən qızlarımıza tərbiyyə edirik. Eləsi var, siddətə dözə bilmir, evdən qaçır, eləsi var intihar edir, eləsi də var ki, qəbr evinə bu işgəncələrlə gedir". 

T.Həsənova hesab edir ki, bu məsələdə ən böyük yalnışlıq cəmiyyətin günahsıza deyil, cinayətkara inanmasıdır: "Belə hadisələrin sonunda ilk verilən mesaj bu olur-"həyat yoldaşımı əxlaqsızlıq etdiyi üçün öldürdüm". Bizim cəmiyyətimizdə istər kişinin, istər qadının yaşından asılı olmayaraq, heç kimin bağışlamadığı bir fakt var. Əxlaq... Buna görə də ər ölənin üzərinə elə bir damğa vurur ki, bütün cəmiyyət onu lənətləyir və hər kəs cinayətkarı müdafiə edir. Bu zaman istər-istəməz haqq onun tərəfinə keçir. Cəmiyyət gedib qarşı tərəfi dinləmir, bilmir ki, günah kimdədir. Hamı cinayətkara inanır. İnsanlar özlərinə haqq qazandırmaq üçün bu iddianı irəli sürür. Məsələ budur ki, dövlət ortaq məxrəcə gəlmək lazımdır. Dövlətlə, qeyri-hökumət təşkilatları birləşməlidir. "

Milli.Az


Tags:  Qızlarımıza verdiyimiz tərbiyə Qadın ölər səsi çıxmaz

RƏYLƏR


Top news