Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan Avtomobil Federasiyası Dövlət Bayrağı Günü klassik avtomobillərin parad və sərgisini təşkil edəcək - FOTO

Azərbaycan Avtomobil Federasiyası Dövlət Bayrağı Günü klassik avtomobillərin parad və sərgisini təşkil edəcək - FOTO

İlham Əliyev: "Azərbaycan bayrağı necə ki, bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndində də dalğalanacaq" (18 Mart 2017 14:32)
BƏƏ-nin tarixində ilk dəfə hərbi parad keçirildi (03 Mart 2017 02:38)
BƏƏ tarixində ilk hərbi parad keçirildi - FOTO (02 Mart 2017 23:47)

Tarix: 7 Noyabr 2016 14:05

Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını təşkil edəcək.

Milli.Az bildirir ki, Federasiyadan Trend-ə verilən məlumata görə, bununla əlaqədar AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edir.

1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 8 noyabr saat 19:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.

İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də info@faa.az elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.

Qeydiyyatdan keçən avtomobillər 9 noyabr saat 09:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanınadək davam etdirəcək.

Dövlət Bayrağı Meydanında, həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olacaq.

Azərbaycan Avtomobil Federasiyası və Dövlət Bayrağı Meydanı hər bir kəsi 9 noyabr tarixində saat 12:00-dan 16:00-dək klassik avtomobillərin sərgisinə dəvət edir.

Sərgiyə giriş sərbəstdir.

Milli.Az




Teqlər:  Azərbaycan Avtomobil Federasiyası Dövlət Bayrağı Günü klassik avtomobillərin parad sərgisini təşkil edəcək FOTO



RƏYLƏR


Top xəbərlər