Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrəvanın "Artsax" oyununun pərdəarxası

İrəvanın "Artsax" oyununun pərdəarxası

Date: 7 November 2016 14:12

Ermənistanın Azərbaycana qarşı təxribat maşını dayanmaq bilmir. Son günlər cəbhədə vəziyyəti qəsdən gərginləşdirən Ermənistan indi qondarma "Dağlıq Qarabağ Respublikası"nın adın dəyişdirərək "Artsax" elan etməyi planlaşdırır. Separatçılar bu məqsədlə "konstitusiya dəyişikliklər" etməyi planlaşdırır.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Ermənistanın təxribatçı addımına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin adının "konstitusiya dəyişiklikləri" deyilən qurama proses çərçivəsində dəyişdirilərək "Artsax respublikası" adlandırılması cəhdi Ermənistanın məsələnin mahiyyətindən yayınmaq və beynəlxalq ictimaiyyəti aldatmaq siyasətinin növbəti nümunəsidir. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistandan konstruktiv və konkret addımların atılması gözlənilsə də, rəsmi Yerevan bu kimi təxribatçı əməlləri ilə münaqişənin sülh yolu ilə həlli üzrə aparılan danışıqlara zərər vurmaq siyasətini yürüdür: Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı məhz bu ad altında ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edir".

H.Hacıyevin sözlərinə görə, "konstitusiya dəyişikliyi" adı altında Ermənistanın növbəti oyunu bir daha onu göstərir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsi (anneksasiya) məqsədini güdür: "Həmçinin, bu hal sübut edir ki, rəsmi Yerevanın danışıqlarda iştirakı qeyri-ciddi və imitasiya xarakteri daşıyır, Ermənistan hər vəchlə substantiv danışıqlardan boyun qaçırmağa və ATƏT-in Minsk Qrupunun həmsədrlərini aldadaraq mövcud status-kvonun dəyişdirilməsi istiqamətində onların son səylərini iflas etməyə çalışır".

Millət vəkili Elman Nəsirov hesab edir ki, erməni tərəfinin bu addımı dalana dirənmiş danışıqlar prosesinə növbəti dəfə arxadan zərbə ola bilər: "Hazırda danışıqlar prosesi dalana dirənib. ATƏT-in Minsk qrupunun həmsədrləri Almaniyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirmək istəyir. Bunun ardınca isə prezidentlər səviyyəsində görüş məsələsi aktuallaşa bilər. Ermənilər bütün proseslərin dayandırılması üçün "Artsax" məsələsini gündəmə gətirib. Belə bir addımın atılması danışıqlar prosesinə zərbə ola bilər. Nəticədə həmsədrlər öz "fəaliyyətlərinə" yenidən sıfırdan başlamalı olacaqlar. Onlar bir çox hallarda qeyd edirlər ki, danışıqlar prosesində müəyyən "nailiyyətlər" var. Bütünlüklə, Ermənistan tərəfinin bu addımına görə baş verə biləcək proseslərin məsuliyyəti onu himayə edənlərin üzərinə düşəcək". 

E.Nəsirov vurğulayıb ki, erməni tərəfinin bu cəhdinin hansı nəticələrə gətirəcəyi bəllidir: "Ermənistan tərəfi bundan əvvəl də belə təxribat xarakterli addımlar atmağa cəhd edib. Bir müddət öncə onlar Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini gündəmə gətirdilər. Bu cəhdin hansı nəticələrə gətirəcəyi bəlli idi. Eyni zamanda bu, baş verərdisə, Azərbaycan tərəfi danışıqlar prosesindən imtina etmək məcburiyyətində qalacaqdı və ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilə bilərdi. Ona görə də həmsdər dövlətlər Ermənistana təzyiq göstərdilər ki, belə addım atıla bilməz. Ermənistan yenidən danışıq proseslərini pozmaq üçün "Artsax" məsələsini gündəmə gətirib".

Milli.Az


Tags:  İrəvanın Artsax oyununun pərdəarxası

RƏYLƏR


Top news