Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ"nin rəqibi türkiyəli futbolçusunu itirdi

"Qəbələ"nin rəqibi türkiyəli futbolçusunu itirdi

Date: 7 November 2016 14:12

"Qəbələ"nin Avropa Liqasındakı rəqiblərindən olan "Maynts" bir futbolçusunu itirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Suat Sərdar sıradan çıxıb.

Almaniya Bundesliqasının X turunda "Leipsiq"in qonağı olan "Maynts" məğlubiyyətlə (1:3) yanaşı, gənc oyunçusunu da itirib. Belə ki, start heyətində meydana daxil olan dayaq yarımmüdafiəçisi yarım saatın tamamında ayağından xəsarət alıb. Oyunu davam etdirə bilməyən Sərdar 32-ci dəqiqədə yerini digər türkiyəli futbolçu Yunus Mallıya verib.
 
19 yaşlı futbolçunun zədəsi ilə bağlı hələlik bir açıqlama verilməyib. Oyunçu ilə bağlı konkret qərar tibbi müayinədən sonra veriləcək.
 
Qeyd edək ki, Avropa Liqasının növbəti turunda "Sent-Etyen"in qonağı olacaq "Maynts" C qrupunda son matçını dekabrın 8-də "Qəbələ"yə qarşı keçirəcək.

Milli.Az


Tags:  Qəbələnin rəqibi türkiyəli futbolçusunu itirdi

RƏYLƏR


Top news