Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Gömrükdə Azərbaycana qanunsuz gətirilən 6930 yaddaş kartı aşkarlandı

Gömrükdə Azərbaycana qanunsuz gətirilən 6930 yaddaş kartı aşkarlandı

Date: 7 November 2016 14:29

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar üçün nəzərdə tutulan külli miqdarda yaddaş kartının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Bakı Karqo Terminalına, Azərbaycan Respublikası vətəndaşının adına gömrük bəyannaməsində göstərildiyi kimi, mobil telefon aksesuarları - LCD ekranlar və telefon üzlükləri (kaburaları) daxil olub. Lakin mallara rentgen aparatıyla baxış keçirilərkən monitorda bəyannamədə göstərilməyən malların təsviri görünüb və bununla bağlı təkrar gömrük yoxlaması aparılıb.

 

Yoxlama zamanı, LCD ekran qutularına qablaşdırılan, gömrük bəyannaməsində və mal-müşayiət sənədlərində göstərilməyən cəmi 6930 ədəd yaddaş kartı aşkar olunub.


Tags:  Gömrükdə Azərbaycana qanunsuz gətirilən 6930 yaddaş kartı aşkarlandı


RƏYLƏR


Top news