Lenin saxta pullarla inqilab edib? - FOTOLAR

Lenin saxta pullarla inqilab edib? - FOTOLAR
14:33 7 Noyabr 2016
156 Maraqlı
Ölkə mətbuatı
A- A+

Varlılar və fırıldaqçılar – bunlar bir medalın iki üzüdür.

Burjuaziya ziyalılarımillətin beyni deyil, nəcisidir.

Biz talan edilmişləri oğurlayırıq.

Dövlət varsa, azadlıq yoxdur, azadlıq olanda isə dövlət olmayacaq.

Vladimir İliç Lenin

Sovet dövlətinin qurucusu Vladimir Ulyanov – Leninin ətrafında əfsanə və miflər səngimək bilmir. Tarixçi Vladlen Loqinov Leninlə bağlı bir sıra faktlara aydınlıq gətirib:

Ulyanov öz təxəllüsünü haradan götürüb?

1901-ci ilin yaz fəslində o, Nikolay Lenin təxəllüsü ilə çıxış etməyə başlayıb. Alimlər bu təxəllüs haqqında bir sıra versiyalar irəli sürüblər. Məsələn, təxəllüs Lena çayının adından və ya Berlin yaxınlığında yerləşən Lenin kəndinin adından götürülə bilərdi. Hətta bu adı tatar gözəli Yelena Leninaya bağlayanlar da olub. Təxəllüsün Marian teatrının xor ifaçısı Yelena Zaretskanın şərəfinə də olduğunu hesab edənlər var. Vladimir İliç xor ifaçısına bir könüldən min könülə vurulub və onun konsertlərində tez-tez iştirak edib.

Amma Lenin adıyla bağlı daha çox yazıçı və tarixçi Mixail Şteynin versiyası üzərində dururlar.

Leninin nəsli öz başlanğıcını kazak Posnikdən götürüb. Posnik XVII əsrdə Sibirin işğalında iştirak edib. Lena çayı sahilində qışlaq yaratmasından sonra zadəganlar ona Lenin adını veriblər. Posnikin nəslindən olanlar arasında hərbi və çini xidmətlərinə görə seçilənlər də var. Onlardan biri də Nikolay Lenin olub. O, məmur vəzifəsinə qədər yüksələ bilib və XIX əsrin 80-ci illərində təqaüdə çıxaraq Yaroslav quberniyasında məskunlaşıb. Nikolay 1902-ci ildə vəfat edib. Nikolay Leninin uşaqları sonradan atalarının xatirəsinə hörmət əlaməti olaraq onun pasportunu Vladimir İliçə veriblər. Əlbəttə, ad saxlansa da, pasportda Vladimir İliçin doğum tarixi yazılıb. Bu sənədlər konspirasiya zamanı Vladimir İliçin köməyinə çatıb...

Leninin yəhudi kökləri olubmu?

Onun ata tərəfdən hansı kökdən olduğu bəllidir. Bir sözlə, atası rus olub. Lakin ana tərəfindən ulu babası, həqiqətən də, yəhudi olduğu bəllidir. Onun adı Moyşa Blank idi. Arxiv sənədlərində Blankın birinci Nikolaya yazdığı məktubunda 40 il əvvəl yəhudilərdən ayrıldığını, həmçinin Blank “kafir” arvadına görə 1835-ci ildə xristianlığı qəbul etdiyini və Dmitri adını götürdüyünü qeyd edir.

Bu sənədlər sovet vaxtı Leninin silahdaşlarının əlinə keçir. Məktub təəccüb və heyrət doğurur. Elə o vaxtdan etibarən Blankın sənədlərini görən olmur.

Maraqlıdır ki, Leninin özü öz köklərinin dərinliyindən xəbərsiz olub. 1922-ci ildə partiya ərizəsini doldurarkən ata tərəfdən babasının kimliyi haqda verilən sualın cavabında “bilmirəm” yazıb.

İnqilabı kim maliyyələşdirib?

Belə bir ehtimal dolaşır ki, guya Lenin inqilabı almanların pulları ilə təşkil edib. Pulu ona ya alman maliyyəçisi, mesenat Parvus verib.

Başqa bir versiya da var. Məşhur amerikan sovetşünası Corc Kenon “Kenonun memorandumu” əsərində də “alman pullarının” mövcudluğundan bəhs edir. Amma həmin pullarının əslində saxta olduğu da qeyd olunub. Belə ki, Rusiyanın düşmənlərinin ölkəyə müdaxiləsi zamanı Almaniyada bir qrup insan saxta pullar hazırladı. O, pullarla qoşunlar Murmansk, Arxangelsk və Uzaq Şərqə göndərildi...

Amma bu versiyalar əsassızdır. Rəsmi sənədlərdə deyilir: Parvus 1915-ci ildən 1917-ci ilədək maliyyə yardımı etmək üçün Leninlə 3 dəfə əlaqə yaratmaq istəyib, amma bütün cəhdləri səmərəsiz olub. Lenin isə cavabında deyib: “İnqilab gərək təmiz əllərdən çıxsın”.

İliç xaricdə kimin pulları ilə dolanıb?

İliç haqda tez-tez yazırlar: o, xaricə gedərək bahalı mehmanxanalarda məskunlaşıb, restoranda nahar edib və bankda da hesabı olub. Lakin arxiv sənədlərində onun nə qədər qazandığı haqda məlumatlar qeyd olunub. Məsələn, Lenin “Rusiyada kapitalizmin inkişafı”, “İqtisadi etüd” və digər kitablarından gəlir əldə edib. Elə vaxtlar olub ki, o anasından borc alıb. Sözsüz ki, sonra qazancından borcunu geri qaytarıb. Lakin bu barədə heç kim yazmaq da istəmir .

Qeyd edək ki, Lenin partiya yoldaşına yazdığı məktubda pulsuzluqdan “gəbərdiyini” qeyd edir. Sonrakı yazışmalardan bəlli olur ki, onun əlinə pul gəlib. Bəs o, pulları haradan alır? Əlbəttə, Lenin hər iki kitabından külli miqdarda qonorar alır. O, xaricdə satdığı kitablardan əldə etdiyi pullarla yaşayıb.

İndi isə onun “təmtəraqlı” mühacir həyatından danışaq. Məsələn, elə Sürix şəhərini götürək. Onun xaricdə nəyə və nə qədər pul xərcləməsi haqda hesabatlar günü bugünədək qalmaqdadır.

Dahi bolşevik Lenin impotent olub?

Bəzi tarixçilər Leninin qadınlardan qorxduğunu qeyd edirlər. Onların fikrincə, dahi rəhbər hər hansı bir fizioloji çatışmazlıq ucundan qadınlardan qaçıb.

Amma bu versiya tamamilə yalandır! Onun gəncliyində kifayət qədər yaxın olduğu qadınlar olub. Leninin rus inqilabi hərəkatının fəallarından olan İnessa Armand ilə yaxınlığı heç kimdə şübhə doğurmur. Lakin Vladimir İliçin arvadı Krupskaya onu seçim arasında qoyduqda Lenin sevgi münasibətlərinə son qoymağa qərar verdi.

Lakin Leninin övladlarının olmaması onun sonsuzluğu barədə dedi-qodulara son qoymur. Lakin gəlin dedi-qodulara yox, faktlara baxaq.

Leninin qayınanası – Krupskayanın anası ona sağlamlığı və “quşcuğazın gəlişi” haqda birbaşa açıq məktub yazıb. Nadejda anasına belə bir cavab yazıb: “Sağlamlığıma gəldikdə, tamamilə sağlamam. “Quşcuğaz”la bağlı isə, təəssüf ki, işlər pisdir. Heç bir quşcuğaz gəlməyə hazırlaşmır”.

Krupskaya bir ildən sonra isə Ufa şəhərinə gələrək həkimə müraciət edir. Həkim sonsuzluğun səbəbini qadın xəstəliyi ilə bağlayır. Həkim Fedotov dahi rəhbərin arvadına belə bir diaqnoz qoyur: cinsi infantilizm. Bu, yetkin insanlarda cinsi orqanların fəaliyyətdən geri qalması deməkdir. O zaman bu xəstəlikdən heç bir müalicə üsulu yox idi.

Lenin cinsi xəstəliyə tutulub?

Leninin sifilisə yoluxması haqda söz-söhbət indiyədək səngimir. Lakin bir neçə ekspertiza nəticələri mövcuddur. Birincisi, sovet dövlətindən asılı olmayan xarici mütəxəssislərin apardığı ekspertizadır. Onlar Leninə sifilis haqda diaqnoz qoyublar. Lakin arxivlərdə Leninin ölümünün keçirdiyi bir neçə insult nəticəsində baş verdiyi qeyd olunur. Arxiv sənədlərində onun kəllə-beyin damarlarının ciddi zədələndiyi bildirilir. Lakin sifilis haqda heç bir məlumat verilmir. Bununla belə, Leninin 100 illiyində də bu dedi-qodular səngimək bilmirdi. O zaman Brejnev diaqnozu yenidən yoxlamaq göstərişi verdi. O, “Müəllimin” təmizliyinə əmin olmaq istəyirdi. Moskva institutlarının birində Leninin beyninin bir daha ekspertizadan keçirilməsi qərara alındı. Çünki beyin bütün xəstəliklər haqda məlumat verir. Beləliklə, ekspertiza keçirildi. Yenə də sifilis haqda heç bir dəlil-sübut tapılmadı. Lakin unutmaq lazım deyil ki, onun beyni, həqiqətən də, zədəli vəziyyətdə olub. Ekspertlər belə beyinlə insanın necə yaşamasına heyrətlənməyə bilmirdilər.

Lenin mavzoleydə saxlamılması xristian adətlərinə uyğun olmayıb?

Lenin nəşinin Mavzoleydən götürülməsi haqda dəfələrlə deyilib. Deyilənlərə görə, Lenin “xristiansayağı basdırılmayıb”. Yalandır! Lenin tamamilə xristian qaydaları ilə basdırılıb. İsanı necə basdırıblar? Mağarada, daşın üstündə. Pərçimlənərək basdırılıb. Lenin mavzoleyinə də əvvəllər sərdabə deyilib. Elə bütün rus imperator və çarları da torpaqda yox, sərdabədə basdırılıb.

Tərcümə: Camalə





Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/42239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR