Turizm müəssisələrinin sertifikatı ləğv olunacaq, əgər...

Turizm müəssisələrinin sertifikatı ləğv olunacaq, əgər...
14:57 7 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xidmət keyfiyyəti aşağı düşən turizm müəssisələrinin sertifikatı ləğv olunacaq.

Milli.Az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində əks olunub.

Layihəyə görə, turizm infrastrukturu subyektinin xidmət keyfiyyətinin aşağı düşməsi və onun fəaliyyətinin idarəetmə tələblərinə uyğun gəlmədiyi müəyyən olunduqda uyğunluq sertifikatı ləğv olunacaq.

Bununla yanaşı, turizm infrastrukturu subyekti barəsində məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsindən çıxarılacaq.

Qeyd edək ki, uyğunluq sertifikatı istehsal olunmuş məhsulun müvafiq standarta, texniki reqlamenti və digər normativləri hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR