Trampın “triumf” qorxusu: milyarderin fişəngləri niyə partlamayacaq?

Trampın “triumf” qorxusu: milyarderin fişəngləri niyə partlamayacaq?
15:03 7 Noyabr 2016
117 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən qüdrətli ölkəsində prezident seçkisinə bir gün qaldı. Seçki gecəsi – noyabrın 8-də respublikaçı Donald Tramp və demokrat Hillari Klinton Nyu-Yorkda olacaq.

Publika.az xəbər verir ki, “republic.ru” saytında Mariya Makayevanın yazdığı məqalədə Trampın həmin gecə “triumf”a hazırlaşmadığını bildirib.

Trampın seçki qərargahı səsvermədən yalnız bir həftə əvvəl onun seçki gecəsi oturacağı ünvanı açıqladı: “Hilton” mehmanxanasının banket zalı. “Trump Tower”in üç kilometrliyində isə Hillari Klinton ailəsi, tərəfdarları və minlərlə jurnalistin əhatəsində olacaq. Mariya Makayeva bildirir ki, Tramp Mitt Romninin (Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd – red.) 2012-ci ildəki səhvini təkrarlamamağa çalışır. Qələbəsini qeyd etməyə hazırlaşan Mitt Romni fişənglər üçün 25 milyon dollar ödəmişdi, lakin Barak Obama onların havada uçmasına imkan vermədi.

Tramp üçün deyəsən, heç bir musiqiçi və ya aktyor açıq təşviqat aparmırdı. Ümumiyyətlə, incəsənət əhli respublikaçılar üçün prinsip etibarilə nadir hallarda çıxış edirlər. Respublikaçıların siyasi elitasının da milyarder namizədlə münasibətləri yüksək səviyyədə deyil. Hətta keçmiş prezidentlər olan ata və oğul Corc Buş Klintona səs verməyə hazırlaşırlar. Yazı müəllifi qeyd edir ki, iki il əvvəl buna inanmaq çətin idi.

Lakin Birləşmiş Ştatlarda hamı Trampın mümkün məğlubiyyəti ilə razılaşmayacaq. Trampın tərəfdarlarında belə yanaşma məşhurdur ki, seçkilər saxtalaşdırılacaq. Mariya Makayeva bildirir ki, Şimali Amerikanın Putini olmaq üçün Trampa yalnız bu məqam mane olur: bu xoşagəlməz kişi ictimai institutların şəxsiyyətlərdən daha böyük və daha güclü olduğu ölkədə yaşayır.

Respublikaçılar və demokratlar üçün prezident seçkiləri iki şərdən birinin seçimdir. Amma bəzi respublikaçılara görə, Tramp qalib gələcəksə, bu, yeni dövr olacaq.

Donald Tramp Pensilvaniya ştatında seçkiqabağı mitinqində sakitcə danışırdı: “Mən siyasətçi deyiləm, məndə yalnız xüsusi bir maraq var, bu, sənsən, Amerika xalqı. Vaşinqtonda yalnız özləri haqqında düşünürlər. Mən hökumətə dürüstlüyü və vətəndaşlara isə təhlükəsizliyi qaytarmaq üçün namizəd oluram”.

Mariya Makayeva qeyd edir ki, Trampın özü də seçicilərinin kim olduğunu yaxşı bilir: “Tramp avtomobil motorlarını yaxşı anlayan dahilər haqqında danışır. Və bu dahilər milyonçunun sözlərindəki istehza və ya yalanları tamamilə eşitmirlər, onlar onun azarkeşləridir. Təəccüblü deyil ki, Trampın nitqləri respublikaçıların çoxlarının xoşuna gəlmir. Onlardan bəziləri etiraz əlaməti olaraq Klintona səs verməyi düşünürlər”.

Müəllifin fikrincə, rus mühacirləri çox güman ki, Vaşinqtona və demokratlara nifrət etmirlər: “Məhz bu partiyanın səyləri onlara Amerikaya keçmək imkanı verdi. Və onlar konkret olaraq Hillariyə nifrət edirlər. Təxminən eyni emosional tərzdə 1980-ci illərin sonlarında Raisa Qorbaçova nifrət edirdilər. Təsəvvür edin ki, o, 1996-cı prezident seçkilərində Boris Yeltsinə alternativ olaraq namizəd olsaydı nə baş verərdi?”

ABŞ-dakı rus ailələri ən azından Brayton-Biçdə (Nyu-Yorkun keçmiş sovet vətəndaşlarının məskunlaşdıqları rayon –red.) həmrəylik nümayiş etdirir. Onların seçimi Trampın lehinədir.

Amma heç kim bilmir ki, Tramp prezident olarsa, səhəri nə edəcək. Mariya Makayevanın fikrincə, Tramp seçkiləri uduzarsa, ən əsası topladığı səslər arasında səs fərqi çox az olarsa, seçkilərin növbəti günü ən çirkli səhnə oynanılacaq. “Bu səhnə qısa və parlaq olacaq, Donald Trampın bütün siyasi karyerası kimi. Tramp inqilabçı tonqallarını birinci özü söndürəcək”, - deyə müəllif yekunlaşdırıb.

Qeyd edək ki, müxtəlif nəşrlər və sosioloji şirkətlər tərəfindən həyata keçirilən sorğuların nəticələri Hillari Klintonun qələbəyə daha yaxın olduğunu göstərir.

Klinton, yoxsa Tramp? - Son sorğuların NƏTİCƏLƏRİ

Amerikalıların 45-ci prezidenti kim olacaq?

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR