Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Düşüncə" İB cəbhə bölgəsində intellektual gəncləri toplayır

"Düşüncə" İB cəbhə bölgəsində intellektual gəncləri toplayır

Date: 7 November 2016 15:05

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən icra edilən "İntellektual gənclər" layihəsinə start verilib.

Milli.Az bildirir ki, Təşkilatın ictimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, 3 ay ərzində icra ediləcək layihə çərçivəsində Beyləqan, Füzuli, Xocavənd, Ağdam, AğcabədiTərtər rayonlarında gənclər arasında milli mövzuları əhatə edəcək suallardan ibarət paketlərlə "Xəmsə" MİO, "Nə? Harada? Nə zaman?" intellektual oyun növləri üzrə yarışlar keçiriləcək. Qaliblərə sertifikat və müxtəlif hədiyyələr təqdim ediləcək. Layihə Azərbaycançılıq ideyasının təbliği və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından önəmli xarakter daşıyır.

Qeyd edək ki, layihənin əsas məqsədi region gəncləri arasında Azərbaycan həqiqətlərini təbliğ etmək, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızı, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəmanlarımızı daimi yaşatmaq, gələcək nəsillərə ötürməkdir. Həmçinin, gənclərin öz dilinə, tarixinə, keçmişinə, atributlarına, mədəniyyətinə, ədəbiyyatına, musiqisinə, şəxsiyyətlərinə sahib çıxmaları, hörmət etmələri üçün intellektual yarışlar vasitəsi ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdan ibarətdir.

Milli.Az


Tags:  Düşüncə İB cəbhə bölgəsində intellektual gəncləri toplayır

RƏYLƏR


Top news