Ermənilər Markovu qara siyahıya salmaq istəyir

Ermənilər Markovu qara siyahıya salmaq istəyir
15:12 7 Noyabr 2016
131 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya politoloq Sergey Markovu Ermənistanın qara siyahısına salmaq lazımdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Stepan Qriqoryan söyləyib. Onun sözlərinə görə, Markov mütəmadi olaraq antierməni bəyanatları ilə çıxış edir:
 
"O, bizə qarşı düşmənçilik siyasəti yeridir. Bu isə onun Ermənistan üçün təhdid olması deməkdir".
 
Qeyd edək ki, İrəvan Pressklubunun rəhbəri Boris Navasardyan da Markovun Ermənistana gəlişinin qadağan olunmasını istəyib.
 
Sergey Markov məşhur rusiyalı politoloqdur. O, öz ədalətli açıqlamaları ilə seçilir. Öz çıxışlarında dəfələrlə Ermənistanı Qarabağ danışıqlarının pozulmasında günahlandırıb.
 
Qriqoryan Rusiyanın qara siyahısına daxil edilib. Erməni ekspertin Rusiyaya gəlməsi 2030-cu ilə qədər qadağan olunub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR