Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 100-dən çox xəbər agentliyinin rəhbərləri Bakıda toplaşacaqlar

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 100-dən çox xəbər agentliyinin rəhbərləri Bakıda toplaşacaqlar
15:22 7 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Rostropoviç festivalı başa çatdı (27 Aprel 2017 22:59)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub - FOTO (25 Aprel 2017 21:22)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə uşaqlar üçün əyləncə proqramı təşkil edilib - FOTO (19 Aprel 2017 21:52)

Azərbaycan noyabrın 16-18-də nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlərə dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-dən çox xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT və UNESCO-nun vəzifəli şəxsləri, həmçinin regional media qurumlarının nümayəndələri dəvət olunublar.

Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın Baş Assambleyasının birgə açılış mərasimi noyabrın 16-da Heydər Əliyev Mərkəzində olacaq.

Devizi "Xəbər agentlikləri üçün yeni çağırışlar" olan Konqresin sessiyalarında "Xəbər istehlakının gələcəyi", "Xəbər agentlikləri - yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları", "Xəbər agentliklərinin innovasiyası", "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi", "Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları" kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.

Sessiyalarda beynəlxalq media qurumlarının - Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, "Los-Angeles Times" qəzetinin, "Al Arabiya" televiziyasının rəhbərləri, "Tripod Advisors", "News Corp", "PwC", "Axel Springer", "Stibo Accelerator" aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

Konqresdə iştirakçı agentliklərin "Xəbər", "Bayramlar" və "İdman" mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olunacaq. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib.

Tədbir çərçivəsində bir sıra müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq.

Bununla da Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

OANA-nın noyabrın 18-də keçiriləcək XVI Baş Assambleyasının iclasına 40 agentliyin 80-dən çox rəhbəri və təmsilçisi qatılacaq. Növbəti üç ildə bu təşkilata da sədrlik, qurumun veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunacaq.

İnformşuranın XXII iclasının gündəliyinə isə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskva şəhərində keçirilib. Sonrakı konqreslərə müvafiq olaraq İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Konqresin əsas orqanı Şuradır. 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə Associated Press, Reuters, Press Association, SPA, TASS, EFE, Kuna, AZƏRTAC və TELAM agentliklərinin rəhbərləri, regional media qurumları olan EANA, OANA və FANA-nın baş katibləri Şuraya üzv seçiliblər.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədilə yaradılıb. Təşkilata 35 ölkədən 43 agentlik daxildir. AZƏRTAC 2004-cü ildən bu beynəlxalq qurumda fəal təmsil olunur, üç dəfə büro üzvü seçilib. 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bağdadda partlayış baş verib:

29 Aprel 2017 03:47

Qara şiferli ailə evi - FOTO

29 Aprel 2017 03:32

Liviya sahillərində uzun sürən atışmadan sonra Ukrayna gəmisi ələ keçirilib

29 Aprel 2017 03:27

İmişlidə toydan evə qayıdan piyadanı avtomobil vurdu

29 Aprel 2017 03:23

FIFA prezidentinə qarşı araşdırma başladı

29 Aprel 2017 03:14

Cəmilənin göbəyiaçıq libası: "Əsəbiləşib belə geyindim" - FOTO

29 Aprel 2017 03:05

İranda Messinin oxşarı - FOTOLAR

29 Aprel 2017 02:44

PPX avtomobili qəzaya uğradı - 1 nəfər yaralandı

29 Aprel 2017 02:38

"Calzedonia"nın yeni kolleksiyası - FOTO

29 Aprel 2017 02:32

"Liverpul" müqavilə yenilədi -

29 Aprel 2017 02:25

Bakıda PPX-ya məxsus avtomobil qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29 Aprel 2017 02:07

Bella qəribə libasda alt paltarını göstərdi - FOTO

29 Aprel 2017 02:05

"Quartz": Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

29 Aprel 2017 01:58

Şimali Koreya ballistik raketini sınaqdan keçirib

29 Aprel 2017 01:57

Avtobus sürməyə icazəsi yoxdur -

29 Aprel 2017 01:53

Avstriya prezidenti ölkə qadınlarını islamofobiya ilə mübarizə naminə başlarını bağlamağa çağırıb

29 Aprel 2017 01:42

Ledi Qaqa yeni reklamda - FOTO

29 Aprel 2017 01:32

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:30

Əməkdar artist xəstəxanaya yerləşdirildi

29 Aprel 2017 01:19

Bakıda məhbus özünü asdı

29 Aprel 2017 01:14

Filippində güclü zəlzələ baş verib

29 Aprel 2017 01:13

Bağdadın mərkəzində partlayış - 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:09

Bağdadda güclü partlayış: 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:08

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:07

Filippində 7,2 bal gücündə zəlzələ

29 Aprel 2017 01:04

Obama Nyu-Yorkda çıxışına görə daha 400 min dollar qazanıb

29 Aprel 2017 00:52

Xəzərdə zəlzələ oldu

29 Aprel 2017 00:49

"Azərsun" Bakı 2017-nin rəsmi dəstəkçisi oldu -

29 Aprel 2017 00:49

Çimərlikdə hər kəs bu rus gözələ baxdı - FOTO

29 Aprel 2017 00:47

Bu yay alt paltarları altda qalmayacaq - FOTOLAR

29 Aprel 2017 00:38

Bağdadda güclü partlayış baş verib

29 Aprel 2017 00:32

Goranboyda kafedə dava düşdü - yaralanan var

29 Aprel 2017 00:29

"Türkiyə ilə danışıqlar dayanmayıb" -

29 Aprel 2017 00:28

Dünyanın ən maraqlı və həyəcanlı dəmir yolları - VİDEO

29 Aprel 2017 00:23

Astroloji proqnoz - 29 aprel

29 Aprel 2017 00:08

"Qalatasaray" Brumanı saxlaya bilmir

29 Aprel 2017 00:05

Günün qoroskopu: işlərinizdə uğur vəd edən gündür

29 Aprel 2017 00:05

Raytorala görə 27 nömrəli formadan imtina etdi - FOTO

28 Aprel 2017 23:57

Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib

28 Aprel 2017 23:57

Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı

28 Aprel 2017 23:56

Limon dənələrini atmayın, əkin - FOTO İZAH

28 Aprel 2017 23:52

Mineral suların faydası

28 Aprel 2017 23:47

"Liverpul" futbolçu ilə müqavilə yenilədi

28 Aprel 2017 23:47

Qohumlararası evliliklər gen xəstəliklərinin artmasına səbəb olur

28 Aprel 2017 23:42

Təzyiqi normallaşdırır, saç tökülmənin qarşısını alır...

28 Aprel 2017 23:42

Lö Pen Zidanın cavabını verdi:

28 Aprel 2017 23:40

49 yaşlı kişini ilan vurdu - Şəmkirdə

28 Aprel 2017 23:39

Kişilərin ən çox arzuladığı qadın çimərlikdə - FOTOLAR

28 Aprel 2017 23:38

"Bavariya" futbolçunun müqaviləsini yenilədi

28 Aprel 2017 23:37

Xanımı Sərdardan belə acıq çıxdı - FOTO

28 Aprel 2017 23:37