Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bu qaydaları kimin fikirləşdiyini bilmirəm"

"Bu qaydaları kimin fikirləşdiyini bilmirəm"

Date: 7 November 2016 15:22

"Barselona"nın baş məşqçisi Luis Enrike "Sevilya" ilə matçda Messinin sarı vərəqə almasına münasibət bildirib. 83-cü dəqiqədə katalonların lehinə cərimə zərbəsi təyin olunarkın Messi ayaqdan çıxan butsu geyinməyə çalışıb. Referi bunu vaxt uzatmaq kimi qəbul edərək ulduz futbolçuya rəsmi xəbərdarlıq etmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Luis Enrike epizod barədə bunları deyib:

"Bu qaydaları kimin fikirləşdiyini bilmirəm. Messinin butsu ayağından çıxdı və onun bağlarını bərkitmək istədi. Qaydalara görə, o, meydadan çıxmalı idi. Amma futbolçular bunu əlüstü edir və komandanı azlıqda qoymaq istəmirlər. Hakimlərsə sənin razı olub-olmamağına fikir vermirlər. Futbolçular bunu qəbul etməlidir. Mətbuat konfransında bundan danışmaq ayrı, meydanda yaşamaq ayrı".

Milli.Az


Tags:  qaydaları kimin fikirləşdiyini bilmirəm

RƏYLƏR


Top news