Uşu-sanda üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub - FOTO

Uşu-sanda üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub - FOTO
15:27 7 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Uşu-Sanda idman növü üzrə 23-cü Azərbaycan Çempionatının qalibləri müəyyən olunub.

Milli.Az bildirir ki, Azərbaycan Uşu Fererasiyasından Trend-ə verilən məlumata görə, müxtəlif çəki dərəcələri üzrə keçirilən çempionatın qaliblərinin adları açıqlanıb.

Nəticələrə görə, 1-ci yeri 48 kq çəki üzrə Orxan Hətəmov, 52 kq çəki üzrə Səfəralı Məmmədrzayev, 56 kq çəki üzrə Elçin Eminov, 60 kq çəki üzrə Bayram Şəmmədov, 65 kq çəki üzrə Rasim Kərimov, 70 kq çəki üzrə Taleh İsayev, 75 kq çəki üzrə Məhəmməd Məlikyeqanlı tutub.

Qeyd edək ki, yarış 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarında Azərbaycan Milli Yığma Komandasının heyətini formalaşdırmaq xarakteri daşıyır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR