"Maynts" rəsmisi: "Çıxılmaz vəziyyətdə deyilik"

"Maynts" rəsmisi: "Çıxılmaz vəziyyətdə deyilik"
15:37 7 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

Bizim üçün hələ heç nə bitməyib. Avropa Liqasında növbəti mərhələyə adlamaq şansımız qalmaqdadı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Maynts"ın idman direktoru Ruven Şreder deyib.

Avropa Liqasının qrup mərhələsində "Anderlext"ə biabırçı hesabla (1:6) uduzan "Maynts" Bundesliqanın X turu çərçivəsində "Leypsiq"lə də bacarmayıb - 1:3.
 
Almaniya mətbuatına açıqlama verən Şreder "Maynts"ın çətin vəziyyətə düşdüyünü bildirib. Bununla belə, klub rəsmisi onlar üçün hələ heç nəyin bitmədiyini deyib: "Komanda son oyunlarda uğursuzluğa düçar olub. Avroliqada "Anderlext"ə ağır məğlubiyyət lap pis oldu. Həmin nəticənin səbəblərindən biri futbolçuların meydana həddindən artıq motivasiya ilə çıxması idi. Təbii ki, "Anderlext"ə məğlubiyyət turnir cədvəlindəki vəziyyətimizi pisləşdirdi. Amma ruhdan düşmək lazım deyil. Hazırda "Anderlext" və "Sent-Etyen"dən 3 xal geri qalırıq. Lakin qarşıda hələ 2 oyunumuz var. "Sent-Etyen"lə səfər və "Qəbələ" ilə ev qarşılaşmasında yaxşı nəticəyə imza atmalıyıq. Qısası, çıxılmaz vəziyyətdə deyilik".
 
Qeyd edək ki, "Sent-Etyen"lə noyabrın 24-də qarşılaşacaq "Maynts" "Qəbələ"ni dekabrın 8-də qəbul edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR