"Gedər, ay qız, bu gözəllik..." - VİDEO - FOTO

"Gedər, ay qız, bu gözəllik..." - VİDEO - FOTO
15:52 7 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Hər dəfə bu məşhur mahnını dinləyəndə ruhumuz dincəlir, zövqümüzün pası atılır. Könülləri riqqətə gətirən mahnının bəstəkarının ruhuna dualar edirik. Tofiq Quliyevdən söhbət gedir.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu gün xalq artisti, dəyərli bəstəkar Tofiq Quliyevin doğum günüdür.

Azərbaycan estrada musiqisinin yaradıcılarından olan bəstəkarın musiqiləri bu gün də dillər əzbəridir. 1960-70-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərinin iştirakçısı olan bəstəkar 70-ci illərin sonlarında bir çox uşaq və gəncləri əhatə edən musiqi müsabiqələrinin, o cümlədən, "Bakı payızı"nın təşkilatçısı olub.

Onun saysız-hesabsız musiqiləri bizim milli kinomuzu da bəzəyib. "Görüş", "Bəxtiyar", "Sən niyə susursan?", "Ögey ana", "Qaynana", "Telefonçu qız", "Onu bağışlamaq olarmı" və digər filmlərimizdə səslənən musiqilər həmin filmlərin təsir qüvvəsini birə-bəş artırıb.

1990-cı ildən isə o, ömrünün son günü - 2000-ci il oktyabrın 4-nə kimi Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin sədri vəzifəsində çalışıb. Tofiq Quliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Onun barəsində ən gözəl sözləri söyləyə bilərik. Amma bu sözlər onun musiqilərinin yanında sönük görünər. Elə isə gəlin danışmayaq, sözü Tofiq Quliyevin özünə verək...

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/487169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR