Ukraynanın "Eurovision"ı keçirməyə pulu yoxdur

Ukraynanın "Eurovision"ı keçirməyə pulu yoxdur
16:21 7 Noyabr 2016
76 Şou
Ölkə mətbuatı
A- A+

Ukrayna “Eurovision” mahnı müsabiqəsini keçirməklə bağlı maliyyə problemi ilə üzləşib.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, müğənni Camalanın qələbəsi ilə əlaqədar müsabiqəni keçirmək hüququnu qazanmış Ukrayna bu məqsədlə 442 milyon qriven ayırıb.

Bu vəsait Azərbaycanın 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini təşkil etmək üçün ayırdığı vəsaitdən 3 dəfə azdır.

Ukrayna Milli Teleşirkətinin direktoru Zurab Alasaniyanın istefası da bunu təsdiqləyir. Z. Alasaniya deyib ki, maliyyə çatışmazlığı böhran həddindədir. Avropa Yayım İttifaqının vəd etdiyi yardımının da problemi həll edəcəyi ehtimalı azdır. O, eyni zamanda müsabiqə təşkilatçılarının çoxlu sayda bürokratik maneələrlə üzləşdiyini vurğulayıb.

Əgər Ukrayna “Eurovision” mahnı müsabiqəsini təşkil edə bilməzsə, müsabiqənin təşkili hüququ Rusiyaya keçir. Ancaq Ukrayna və Rusiya arasında münasibətlərin gərgin olması da əlavə problem yaradır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR