Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xocalı abidəsini ziyarət etmək istəyən erməni Bakıya buraxılıb

Xocalı abidəsini ziyarət etmək istəyən erməni Bakıya buraxılıb

Date: 7 November 2016 16:27

Məşhur erməni hüquq-müdafiəçisi Vahe Avetyanın Bakıya gəlməsi ilə bağlı dünən xəbər vermişdik. Lakin Vahe Avetyanın aeroportdan bu dəfə də buraxılıb-buraxılmadığı bilinmirdi.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, Avetyan ikinci cəhdində ölkəyə girişə nail ola bilib. Belə ki, ona bir neçə günlük Bakı şəhərində qonaq olmağa icazə verilib. Hazırda erməni hüquq müdafiəçisi Bakı şəhərindədir və paytaxtın görməli yerləri ilə tanış olur. Onun burada mətbuata çıxacağı da gözlənilir. 

Qeyd edək ki, Sarkisyan rejiminin qatı tənqidçisi olan Avetyan daha əvvəl də Bakıya səfərə gəlmiş, lakin aeroportdan buraxılmamışdı. O, eyni zamanda  Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunda olduğunu ifadə etmişdi.

Avetyan Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən ilk ermənilərdəndir. 

Milli.Az


Tags:  Xocalı abidəsini ziyarət etmək istəyən erməni Bakıya buraxılıb

RƏYLƏR


Top news