Ukraynanın Odesa vilayətinin qubernatoru Mixail Saakaşvili istefa ərizəsini artıq Prezident Administrasiyasına göndərib.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda Saakaşvilinin mətbuat katibi Darina Çij bildirib.
Onun sözlərinə görə, Mixail Saakaşvili istefa ərizəsinin Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən təmin edilməsini gözləyir.
Qeyd edək ki, Mixail Saakaşvili bu gün istefa qərarını açıqlayıb. Saakaşvili Odessada keçirdiyi mətbuat konfransında deyib ki, istefa qərarı hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə əlaqədardır.
Mixail Saakaşvili bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko regionda korrupsiya klanlarını şəxsən dəstəkləyir.
Ömər Dağlı