Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə səfiri: "Yalnız HDP üzvləri prokurorluqda ifadə verməkdən boyun qaçırmışdılar"

Türkiyə səfiri: "Yalnız HDP üzvləri prokurorluqda ifadə verməkdən boyun qaçırmışdılar"

Date: 7 November 2016 16:47

"Yalnız Xalqların Demokratik Partiyasının (HDP) üzvləri prokurorluqda ifadə verməkdən boyun qaçırmışdı".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Turkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədrlərinin və deputatlarının həbsinə toxunan səfir qeyd edib ki, bu, yeni bir hadisə deyil:

"Prokurorluq araşdırması uzun müddətdir ki, davam edir. Bu vəkillər prokurorluğa ifadə vermədikləri üçün saxlanılıblar. Daha sonra məhkəmə onlardan bəzilərinin həbsinə qərar verib. Ümumilikdə, digər partiyalardan olan deputatlar da prokurorluğa dəvət edilmişdi. Yalnız HDP üzvləri bundan boyun qaçırmışdı".

Milli.Az


Tags:  Türkiyə səfiri HDP üzvləri prokurorluqda ifadə verməkdən boyun qaçırmışdılar

RƏYLƏR


Top news