Van Persi hadisəsinə Türkiyə Futbol Federasiyasından maraqlı izah

Van Persi hadisəsinə Türkiyə Futbol Federasiyasından maraqlı izah
17:05 7 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasının 10-cu turunda keçirilən "Akhisar Belediyespor" - "Fənərbağça" (1:3) oyununda qonaqların hollandiyalı ulduzu Robin Van Persinin göz qapağı yırtılıb. Dərhal əvəzlənən hücumçunu xəstəxanaya çatdırmaq üçün təcili tibbi yardım maşını tapılmayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, meydanın kənarında yerləşən hər 3 ambulansın qapısı bağlı olduğundan Manisa Sinir xəstəlikləri klinikasına müraciət edilib. Oradan gələn tibbi yardım avtomobili Van Persini xəstəxanaya aparıb.

Türkiyə Futbol Federasiyasının məsələ ilə bağlı açıqlaması isə maraqlı olub. TFF "Fənərbağça" həkimlərinin ambulans tələbi olmadığını və stadiondakı izdihama görə maşının yubandığını qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR