Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Okean tullantılarından hazırlanan ayaqqabılar satışda - QİYMƏTİ

Okean tullantılarından hazırlanan ayaqqabılar satışda - QİYMƏTİ

Date: 7 November 2016 17:12

Adidas okean tullantılarından hazırlanan idman ayaqqabılarının satışına başlayıb. 

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, ötən il Adidas mütəxəssisləri 3D printerin köməyilə idman ayaqqabılarının prototipini nümayiş etdiriblər. 

Artıq şirkət bu üsulla hazırlanmış 7000 ədəd idman ayaqqabısını satışa çıxarıb. 220 dollara (368 AZN) satışa çıxarılacaq ayaqqabılar "Parley for the Oceans" şirkətinin dəstəyilə hazırlanıb. 

Ayaqqabıların üst hissəsinin 95 faizi emal edilmiş plastikdən ibarətdir. Eyni zamanda altlıq da emal olunmuş tullantılardan hazırlanıb. 2017-ci ildə Adidas milyon ədəd belə idman ayaqqabısını satışa çıxarmağa hazırlaşır.

Milli.Az


Tags:  Okean tullantılarından hazırlanan ayaqqabılar satışda QİYMƏTİ

RƏYLƏR


Top news