Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

14 yaşlı Əhmədə 12 il iş verildi

14 yaşlı Əhmədə 12 il iş verildi

Tarix: 7 Noyabr 2016 17:17

İsraildə Qüds dairə məhkəməsi 14 yaşlı Əhməd Manasrı terror törətməkdə təqsirləndirərək 12 il azadlıqdan məhrum edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Ə.Manasr və 15 yaşlı əmisi oğlu 13 və 21 yaşlı iki israilli mülki şəxsə bıçaqla hücum edərək hər ikisinə bədən xəsarəti yetiriblər.
Məlumata görə, bu iki yeniyetmə ərəb mülki şəxslərə bıçaqla hücum etdikdən sonra İsrailin sərhəd xidmətinin əsgərlərinə də hücum ediblər. Hərbçilərin açdığı atəş nəticəsində Əhməd yaralanıb, 15 yaşlı əmisi oğlu ölüb.
Xəbərdə bildirilib ki, Ə.Manasr 12 il azadlıqdan məhrum edilməklə yanaşı, yaralılardan birinə 21 min dollar (80 şekel), ikincinin ailəsinə isə 26 min dollar (100 min şekel) məbləğində kompensasiya ödəməlidir. 

Milli.Az


Teqlər:  yaşlı Əhmədə 12 il verildi



RƏYLƏR


Top xəbərlər