Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Lazerin köməyilə məlumatların ötürülməsi sürətində rekorda imza atılıb

Lazerin köməyilə məlumatların ötürülməsi sürətində rekorda imza atılıb

Date: 7 November 2016 17:35

Almaniyanın Aviasiya və Kosmonavtika Mərkəzi boş ərazidə lazerin köməyilə məlumatların ötürülməsi üzrə rekord sürət qeydə alındığı barədə məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, xüsusi olaraq hazırlanmış avadanlığın tətbiqinə əsaslanan sınaqlar zamanı informasiyanı təxminən 10.5 km məsafəyə ötürmək mümkün olub. Əlaqə kanalının ötürmə qabiliyyəti 1.72 Tbit/san-yə yaxınlaşıb.

Müqayisə üçün, “Akamai Technologies” statistikasına görə, indi dünyada veb qoşulmalar üzrə orta sürət 6.3 Mbit/s təşkil edir. Cənubi Koreya internetə çıxışın sürəti üzrə liderliyini qoruyub saxlayır: bu ölkədə istifadəçilər orta hesabla 29 Mbit/san tutumunda internet kanala malikdirlər.

Alman tədqiqatçılarının nailiyyəti ucqar regionların yüksəksürətli internetlə təmini üzrə yeni perspektiv açır.

Emil Hüseynov



Tags:  Lazerin köməyilə məlumatların ötürülməsi sürətində rekorda imza atılıb



RƏYLƏR


Top news