Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2016-ci il üzrə musiqi mükafatçılarının adları açıqlandı

2016-ci il üzrə musiqi mükafatçılarının adları açıqlandı

Date: 7 November 2016 17:48

2016-ci il üzrə MTV musiqi mükafatçılarının adları açıqlanıb.

Publika.az xəbər verir ki, dünən bununla bağlı Niderlandın Rotterdam şəhərində mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma bu ilin aprelin də vəfat etmiş məşhur müğənni Prinsə həsr olunub.

Castin Biber ən yaxşı mahnı, ən yaxşı artist və ən vəfalı fanat mükafatlarını layiq görülüb.

Ledi Qaqa isə ən yaxşı ifaçı və ən yaxşı obraz mükafatı alıb. Müğənnin özü mərasimdə iştirak edə bilməsə də, tədbirə Tokiodan canlı yayımla bağlanaraq təşəkkürünü bildirib.

2016-cı ilin ən yaxşı musiqi videosu “The Weeknd”in “Starboy” mahnısına çəkdiyi klip olub. Ən yaxşı pop layihə “Fifth Harmony” və ən yaxşı hip-hop ifaçı isə Dreyk seçilib. Rok nominasiyasında isə “Coldplay” qalib gəlib.

Xüsusi priz “Qlobal ikona” “Green Day”ə qismət olub.

Mələk


Tags:  2016-ci il üzrə musiqi mükafatçılarının adları açıqlandı

RƏYLƏR


Top news