Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Fəxri ad alan Zaur Kamal: "İnanmadım, əsl sürpriz oldu"

Fəxri ad alan Zaur Kamal:  "İnanmadım, əsl sürpriz oldu"

Date: 7 November 2016 17:56

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Axşam.az-ın məlumatına görə, siyahıda yer alan aparıcılardan biri də Zaur Kamal olub. O, "əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

"Xəzər" telekanalında və radiosunda fəaliyyət göstərən aparıcı təəssüratlarını bölüşüb:

"Maşınla yol gəlirdim, "Xəzər" xəbərlərin əməkdaşı mənə zəng vurdu ki, bir qonaqlıq ver. Dedim nə olub? Dedi, fəxri ad almısan. Əvvəlcə inanmadım, sonra baxdım ki, düzdür. Mənim üçün əsl sürpriz oldu. 20 ildir bu sahədə çalışıram, işimə bundan gözəl qiymət ola bilməzdi. Öz efirimdə də prezidentimizə təşəkkür edəcəyəm".


Tags:  Fəxri ad alan Zaur Kamal İnanmadım sürpriz oldu

RƏYLƏR


Top news