"Qalatasaray" idman direktoru vəzifəsinə Mattias Zammerin namizədliyini nəzərdən keçirir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, rəhbərlik hazırda bu vəzifəni icra edən Levent Nazifoğlunun işindən narazıdır. Buna baxmayaraq Nazifoğlunun son şansı qalıb. Bunun üçün "Qalatasaray" noyabrın 20-də keçiriləcək derbi matçında "Fənərbağça"nı məğlub etməlidir. "Sarı qırmızılar"ın ruh düşkünlüyü yaşaması və Kadıköydə 17 illik qələbəsizlik həsrəti bu tapşırığı olduqca çətinəşdirir.
Zammerin son iş yeri "Bayern Munich" olub. 2012-ci ildən klubda idman direktoru kimi çalışan eks-futbolçu öz xahişi ilə postundan azad edilmişdi. O, beynində yaranan problemə görə bir neçə ay işinə fasilə də verməli olmuşdu.
Milli.Az