“20 Yanvar” metrosunun bağlanmış girişi açılır - FOTOLAR

“20 Yanvar” metrosunun bağlanmış girişi açılır - FOTOLAR
17:58 7 Noyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabr ayının 8-də «20 Yanvar» stansiyasının bağlanmış 1-ci vestibülü yenidən sərnişinlərin giriş-çıxışı üçün açılır.

“Bakı Metropoliteni”QSC-dən Publika.az-a verilən məlumata görə, iyul ayının 1-dən istismar müddəti başa çatmış ET-5 tipli üç eskalatorun dəyişdirilməsi üçün stansiyanın 1-ci vestibülü bağlanmışdı.
Qeyd edək ki, 1985-ci ildən istismarda olan «ET-5» tipli 3 köhnə eskalator demontaj edilərək, onların yerinə Almaniyanın «Thyssen Krupp» şirkətinin dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş «Tugela» tipli 2 eskalatoru quraşdırılıb. 3-cü eskalatorun yerində isə daş pilləkən inşa edilib.
Ötən müddət ərzində stansiyanın birinci vestibülündə eskalatorların dəyişdirilməsi ilə yanaşı, kassa zalında, keçidlərdə, xidməti otaqlarda təmir işləri aparılıb, turniketlər, elektrik avadanlıqları və işıqlandırma sistemi yenilənib. Görülən işlər çərçivəsində vestibülün və keçidlərin döşəmə və divarlarının mərmər-qranit örtüyü yenilənib. Divarlarda 1990-cı ilin 20 yanvar hadisələrinin günahsız qurbanlarının, həmçinin 1994-cü il martın 19-da bu stansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların adları əks olunmuş xatirə lövhələri yeni tərtibatla qurulub.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/175082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR