Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə ŞOKda: məşhur aktrisanın anbarından 5 milyonluq oğurluq mal çıxdı

Türkiyə ŞOKda: məşhur aktrisanın anbarından 5 milyonluq oğurluq mal çıxdı

Date: 7 November 2016 18:12

Türkiyənin məşhur aktrisası Yağmur Atacanın anbarına qoyulan "Ortopro Tibbi Alətlər" şirkətinə məxsus 5 milyon lirə dəyərindəki malın oğurluq olduğu məlum olub.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, şirkət tibbi vəsitələrin istehsalını və idxalını həyata keçirir. Sözügedən şirkət "Plus Ortopedik" adlı bir firmayla istehsal edilən malların satışı və bazarda dövriyyəsi məsələsi ilə bağlı razılıq əldə edibmiş. Razılaşmaya əsasən, "Ortopro Tibbi Alətlər" şirkətinin səlahiyyətlisi 5 milyon lirə dəyərində malı "Plus Ortopedik" firmasına təhvil verib. Sonradan "Ortopro" firmasının yeyintiyə yol verdiyi məlum olub. Aldanıldığının fərqinə varan şirkət müqaviləni ləğv edərək "Plus Ortopedik"dən mallarını geri qaytarmağı tələb edib. 

İddiaya görə, "Plus Ortopedik"in səlahiyyətlisi Ənvər Gözəl malları aradan çıxardaraq bir anbarda gizlədib. "Ortopro Tibbi Alətlər" şirkətinin şikayəti əsasında başladılan istintaq sonrası malların Beykozdakı anbarda gizlədildiyi məlum olub.

Anbar sahibinin isə məşhur aktrisa Yağmur Atacan olduğu müəyyənləşib.

Şahid qismində ifadə verən Atacan malların anbara Tolga Yalçınkaya tərəfindən gətirildiyini, həyat yoldaşı olduğu üçün hər hansı bir sənəd və müqavilə imzalamadıqlarını da qeyd edib. İcra edilən istintaqın davamında Ənvər Gözəl və Tolqa Yalçınkaya haqqında iddia açılıb. 

Təhməz Təkin

Milli.Az


Tags:  Türkiyə ŞOKda məşhur aktrisanın anbarından milyonluq oğurluq mal çıxdı

RƏYLƏR


Top news