Qaxda sel təhlükəsi olan çaylarda qabaqlayıcı tədbirlər görülür - FOTO

Qaxda sel təhlükəsi olan çaylarda qabaqlayıcı tədbirlər görülür - FOTO
18:17 7 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qax rayonundan keçən Kürmük çayında suyun artması nəticəsində yaranan sel təhlükəsinin qarşısı alınır".

Milli.Az report-a istinadən xəbər verir ki, suyun artdığı Kürmük çayında mühafizə tədbirləri görülür. Oktyabr ayında Böyük Qafqaz dağlarının zirvələrinə, o cümlədən yaşayış məntəqələrinə qarın və intensiv yağışların yağması dağ çaylarında sululuğu artırıb.
Qax suvarma sistemləri idarəsinin baş mühəndisi Nəzir Mustafayev bildirib ki, çayın daşması və rayonun İbaxlı kəndinin sel sularına məruz qalması təhlükəsi yaranıb: "Ancaq bəndlər arasında olan həmin məsafələrə daş-beton bəndlər tökülür və heç bir narahatlığa əsas yoxdur. Çünki Kürmük çayının sahili boyu yaz və payız fəslinin əvvəllərində yüzlərlə metr mühafizə bəndləri tikilib və əsaslı təmir işləri aparılıb. Bundan başqa, bu ildə Ağçay, İlisu və Qax şəhərində Kürmük çayı sahillərində daş-beton və dəmir beton bəndlər qurulub. 2017-ci il üçün daha 900 metr bəndlərin tikintisi nəzərdə tutulub".

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR