Azərbaycan Prezidenti İlham Əliyev televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Axşam.az-ın məlumatına görə, "əməkdar mədəniyyət işçisi" adına layiq görülən ATV-nin aparıcısı Zaur Baxşəliyev təəssüratlarını bölüşüb:
"Ölkə başçımıza, cənab prezidentə xüsusi təşəkkür edirəm. Biz aparıcılara, televiziya işçilərinə göstərdiyi diqqədə, verdiyi mükafata görə təşəkkürlər. Şox qürurverici haldır, sevincliyəm. Həm öz, həm həmkarlarım adından deyirəm, çox sağ olsun, zəhmətimizi dəyərləndirdi".