Xalq artistinin oğlunun əməliyyatı üçün cəmi 100 manat yığıldı

Xalq artistinin oğlunun əməliyyatı üçün cəmi 100 manat yığıldı
18:31 7 Noyabr 2016
333 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalovun vəziyyəti ağırlaşıb.

Axşam.az bildirir ki, bu barədə AzNews.az-a aktyorun bacısı Gülbəniz Zeynalova məlumat verib. Onun sözlərinə görə, M.Zeynalova ayrı-ayrı adamlar böyrəyini vermək istəsədə, ailə buna razı olmayıb:
 
“Bir necə şəxs zəng edib Məmmədə donor olaraq böyrəyini vermək istədi. Amma böyrək ağır bir əməliyyatdır. O əməliyyat üçün bizim ailənin maddi imkanı yoxdur. Bu görə də donor olmaq üçün edilən təkliflərə razı olmadıq”.

G.Zeynalova qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankında onun aktyorun adına açılan hesab nömrəsinə bu günə kimi 100 manat pul köçürülüb:
 
“Onunla da heç nə etmək olmaz. Tək-tək adamlar gəlir, pul təklif edirlər. Amma biz ona razı olmuruq. Məmməd neçə gündür ki, reanimasiyadadır. Bu günə kimi lazım olan iynə- dərmanlarını öz hesabımıza alırıq. Bizə ancaq dövlətin dəstəyi lazımdır”.

Xalq artisti, mərhum sənətkar Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalov ötən həftə serial çəkilişinə gedərkən insult keçirib. Aktyorun beyninə qan sızıb. O, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR