Fəxri ad alan Zaur Kamal: "İnanmadım, əsl sürpriz oldu"

Fəxri ad alan Zaur Kamal: "İnanmadım, əsl sürpriz oldu"
18:37 7 Noyabr 2016
580 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan prezidenti İlham Əliyev televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, siyahıda yer alan aparıcılardan biri də Zaur Kamal olub. O, "əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

"Xəzər" telekanalında və radiosunda fəaliyyət göstərən aparıcı təəssüratlarını bölüşüb:

"Maşınla yol gedirdim, "Xəzər"də xəbərlər departamentinin əməkdaşı mənə zəng vurdu ki, bir qonaqlıq ver. Dedim, nə olub? Dedi, fəxri ad almısan. Əvvəlcə inanmadım, sonra baxdım ki, düzdür. Mənim üçün əsl sürpriz oldu. 20 ildir bu sahədə çalışıram, işimə bundan gözəl qiymət ola bilməzdi. Öz efirimdə də prezidentimizə təşəkkür edəcəyəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/487236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR