Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prokuror Bakıda çay evinin sahibini öldürənə 20 il cəza istədi

Prokuror Bakıda çay evinin sahibini öldürənə 20 il cəza istədi

Date: 7 November 2016 18:37

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda "MM" çay evinin sahibini qətlə yetirməkdə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 20 il həbs cəzası istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Proses noyabrın 16-da davam etdiriləcək,

İttihama görə, qətl hadisəsi bu il martın 6-da axşam saatlarında Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən "MM" çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.

Məlumata görə, çay evinin sahibi M.Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini V.Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib. Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Hadisə günü M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb. V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə "Odlar Yurdu" çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş "İJ-12" markalı ov tüfəngi ondan götürülüb.

V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçıb. Onlarla vidalaşan V.Şirinov könüllü olaraq Ağsu Rayon Polis İdarəsinə təslim olub. O, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarına təhvil verilib.

Milli.Az


Tags:  Prokuror Bakıda çay evinin sahibini öldürənə 20 il cəza istədi

RƏYLƏR


Top news