Bakıda təcili eniş edən təyyarənin sərnişini yola salınıb

Bakıda təcili eniş edən təyyarənin sərnişini yola salınıb
18:47 7 Noyabr 2016
128 Ölkə
Ölkə mətbuatı
A- A+

London-Dehli reysi ilə uçan "British Airways" aviaşirkətinə məxsus təyyarə ötən həftənin sonunda Heydər Əliyev adına Bakı Beynəlxalq hava limanına məcburi eniş edib. Bu barədə Trend-ə hava limanından məlumat verilib.

Verilən məlumata görə, Boeing 777 təyyarəsi sərnişinlərdən birinin səhhətində yaranan problemlərlə əlaqədar Bakı aeroportunda təcili eniş etməli olub. Berri Stiven Edrik adlı sərnişin Mərkəzi Gömrük xəstəxanasına yerləşdirilib.

Həmin sərnişinin müalicəsinin uğurla başa çatdığı deyilir və qeyd olunur ki, o daha sonra təyinat nöqtəsinə çatdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR