Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Jurnalist Zabil Müqabiloğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Jurnalist Zabil Müqabiloğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Azərbaycanda daha bir intihar (20 Mart 2017 15:04)
Bakının mərkəzində İNTİHAR (20 Mart 2017 13:53)
Bakının mərkəzində İNTİHAR (20 Mart 2017 13:47)

Tarix: 7 Noyabr 2016 18:59

 

Bu gün səhər saatlarında tanınmış jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko), reanimasiya şöbəsində yerləşdirilib.

Lent.az-ın gununsesi.info-ya istinadən xəbərinə görə, bu barədə jurnalistin yaxınları məlumat verib.

 

1 saylı Şəhər Kliniki Xəstəxanadan Zabil müqabiloğlunu müalicə edən həkimin verdiyi məlumata görə hazırda xəstənin vəziyyəti sabit ağırdır. Həkimin bildirdiyinə görə, Zabil Müqabiloğlunun qaraciyərlərində bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb. Hazırda qanaxmanın dayandırıldığını bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu, xəstənin həyatı üçün təhlükəli ola bilər.

 

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.

 


Teqlər:  Jurnalist Zabil Müqabiloğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib



RƏYLƏR


Top xəbərlər