Aktual mövzular: Dollar alış-satışı , Cəbhədə gərginlik, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Qidadan zəhərlənən 5 yaşlı uşaq öldü

Qidadan zəhərlənən 5 yaşlı uşaq öldü

Date: 7 November 2016 19:05

Bərdə rayonunda ev şəraitində hazırlanan pomidor turşusundan zəhərlənən azyaşlı Sübhan Məmmədov bu gün dünyasını dəyişib.   

Milli.Az bu barədə APA-ya Bərdə Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Məlumata görə, bir neçə gündür vəziyyətə ağır olaraq qalan 5 yaşlı Sübhan bir qədər əvvəl vəfat edib.

Qeyd edək ki, hadisə bir həftə əvvəl Bərdə rayonunun Xan Ərəb kəndində qeydə alınıb. Ev şəraitində konservləşdirilmiş pomidor turşusundan zəhərlənən Könül Məmmədova, qızı Cəmalə, oğlu Pərviz Məmmədov və nəvələri 5 yaşlı Sübhan və 8 aylıq Cihan zəhərlənmə diaqnozu ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Milli.Az


Tags:  Qidadan zəhərlənən yaşlı uşaq öldü

RƏYLƏR


Top news