Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mingəçevirdə bir ailənin 4 üzvü kolbasadan zəhərlənib - FOTO

Mingəçevirdə bir ailənin 4 üzvü kolbasadan zəhərlənib - FOTO

Date: 7 November 2016 19:17

Mingəçevir şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə şəhərin Yaşar Muradov küçəsindəki 27 nömrəli mənzildə qeydə alınıb. Ev sahibi, 1974-cü il təvəllüdlü Rüstəmov Tapdıq Səxavət oğlu mağazadan aldığı kolbasanı ailə üzvləri ilə birgə yedikdən sonra qəflətən onların səhhətində problem yaranıb. Kolbasadan zəhərlənən Tapdıq Rüstəmov, həyat yoldaşı, 1979-cu il təvəllüdlü Şərifova Könül Tahir qızı, övladları, 2008-ci il təvəllüdlü Rüstəmzadə Əli Tapdıq oğlu və 2010-cu il təvəllüdlü Rüstəmzadə Sima Tapdıq qızı kəskin mədə ağrıları, qızdırma və qusma əlamətləri ilə təcili olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ana və atanın vəziyyəti nisbətən yaxşılaşsa da, övladlarının durumu hələ də ağır olaraq qalır. Uşaqlar hazırda xəstəxananın reanimasiya şöbəsində həkim nəzarətindədirlər.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az





Tags:  Mingəçevirdə ailənin üzvü kolbasadan zəhərlənib FOTO

RƏYLƏR


Top news