Cənubdan hücum, müharibə elanı, Azərbaycan Qarabağı… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Cənubdan hücum, müharibə elanı, Azərbaycan Qarabağı… - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:13 7 Noyabr 2016
921 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Pakistandan silah alması Ermənistanda ciddi qorxulara səbəb olub. Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefası günə damğasını vuran hadisələrdən biri oldu. ABŞ-ın 45-ci prezidentini müəyyənləşdirmək üçün keçiriləcək seçkilərə bir gün qaldı. NATO Rusiya ilə müharibəyə hazırlaşdığını dolayısı ilə bəyan etdi. İŞİD-in ətrafındakı mühasirə halqası getdikcə daralır.

“Azərbaycan yaxın dövrdə Qarabağı qaytarmağa hazırlaşır” – MÜHARİBƏ VARİANTI

Erməni politoloq Stepan Qriqoryan Azərbaycan və Pakistan arasında əməkdaşlığa məhdudiyyət olmadığına diqqət çəkərək, bunun Ermənistan üçün dəhşətli nəticələrə səbəb olacağını bildirib.

Pakistan NATO-nun və Avropa Birliyinin üzvü deyil və ona heç kim mane ola bilməz. Pakistan Ermənistanı dövlət kimi belə tanımır, Azərbaycanla isə qardaş münasibətlərə sahibdir. Bu, bizim ən böyük bəlalarımızdan biridir. Bu ölkə nüvə dövlətidir və çox güclüdür. Belə güclü dövlətlərlə sıx əlaqələr Azərbaycana istənilən an Qarabağı qaytarmağa icazə verir”, - o, bildirib.

Qriqoryan deyib ki, Azərbaycan Qarabağı yaxın dövrlərdə qaytarmağa hazırlaşır.

“Azərbaycan yaxın dövrdə Qarabağı qaytarmağa hazırlaşır” – MÜHARİBƏ VARİANTI

Azərbaycanın Pakistandan silah alması Ermənistanda ciddi qorxulara səbəb olub.

Klinton, yoxsa Tramp?

“Amerikalıların 45-ci prezidenti kim olacaq: demokrat Hillari Klinton, yoxsa respublikaçı rəqibi Donald Tramp?” sualı sabah cavab tapa bilər. Suala dəqiq cavab tapmaq mümkün olmasa da, rəy sorğuları bu suala müəyyən qədər cavab verir.

“Wall Street Journal” və “NBC News”un 3-5 noyabr tarixlərində birgə keçirdiyi sorğuya görə, seçicilərin 44 faizi Klintonu, 40 faizi Trampı dəstəkləyir. “Vaşinqton Post” və “ABC News” tərəfindən keçirilən sorğuya görə, Klinton 48 faizlə Trampı (43 faiz) 5 faiz qabaqlayır. Bu nəticələr həftənin əvvəlində Klintonla olan fərqi aradan qaldıran Trampın yenidən geri düşdüyünü göstərir.

“Vaşinqton Post” Klintonun yüksəlişinə səbəb olaraq, “ağ olmayan seçicilər”dən aldığı dəstəyin artmasını və müstəqil seçiciləri öz tərəfinə çəkməsini göstərib.

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Hillari Klintonun şəxsi elektron poçtu ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb. FTB direktoru Ceyms Komeyin ABŞ Konqresinə göndərdiyi məktubunda deyilir ki, araşdırmalar nəticəsində Hillari Klintonun elektron poçtunda hər hansı cinayət əməli aşkar edilməyib. Gözlənilir ki, bu, Klintona olan dəstəyi artıracaq.

“McClatchy-Marist” şirkətinin apardığı sorğu isə Klintonun yalnız 1 faiz öndə olduğunu göstərib (43 faizə qarşı 44 faiz).

ABŞ prezidenti Barak Obama isə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampı lağa qoyub.

“Əgər kimsə “Twitter” hesabının öhdəsindən gələ bilmirsə, ona nüvə çamadanını etibar etmək olmaz”, - deyə Obama Florida ştatında Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun keçirdiyi mintinqdə çıxışında deyib.

Noyabrın 6-da məlum olub ki, Trampın məsləhətçiləri onu “Twitter”dəki şəxsi mikrobloqdan kənarlaşdırıblar. Qərarın qəbuluna səbəb kimi milyarderin öz siyasi rəqiblərini ləkələmək üçün mikrobloqundan müntəzəm istifadə etməsi olub. Trampın “Twitter”dəki mikrobloqu 13 milyondan çox abunəçidən ibarətdir.

Türkiyəni cənubdan vurmaq planı: HÜCUM BAŞLAYIR

ABŞ Suriya və İraqda Türkiyə əleyhinə planlarını reallaşdırmaqda davam edir. “Yeni Şafak” qəzetinin Suriyadakı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ və PYD-nin (PKK terror təşkilatının Suriya qolu) başladığı Rakka əməliyyatının əsas hədəfi Türkiyənin cənubunda “kürd dəhlizi”nin yaradılması üçün əhəmiyyətli yer olan Əl-Babı ələ keçirməkdir.

Mənbənin məlumatına görə, Əl-Bab ələ keçiriləndən sonra, dəhlizin Tel Rıfatla birləşdirilməsi üçün hərəkətə keçiləcək: “Rakka əməliyyatına 30 yox, əslində 8 min PKK/PYD üzvü qatılıb. Münbiç və Hasekedəki ABŞ əsgərləri də əməliyyata dəstək verir. Amerikanın bölgədəki əsgərlərinin sayı 350 nəfərdir”.

Qəzet yazır ki, ABŞ-PYD ittifaqı İŞİD-in El-Bab-Rakka bağlantısını kəsmək üçün, bir neçə gün içində Set Tişrin və Merkede bölgələrindən Əl-Baba girməyi planlaşdırır. Mənbələr məlumat verir ki, plana görə, qərb və şimalda ABŞ-PYD, şərq və cənubda isə Əsəd-şiə gücləri Rakkaya hücuma keçəcək və beləliklə, İŞİD şəhərdə məhv ediləcək. Əməliyyata “Fərat qəzəbi” adının verilməsi də bunun Türkiyənin “Fərat qalxanı” əməliyyatına qarşı olduğunu sübut edir.

Qeyd edək ki, dünən PKK-nın Suriya qolu YPG-nin başçılığı ilə Suriya Demokratik Qüvvələri hərbi əməliyyatlara başlayıb. ABŞ əməliyyatlara təkcə havadan yox, qurudan da yardım edir.

İddiaya görə, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin Mosuldan qaçıb. İraq kəşfiyyatı onun hava zərbələrindən qorunmaq üçün canlı sipər məqsədilə 150 ailə ilə birgə qaçdığınını bildirib.

Bundan əvvəl hərbçilər bəyan etmişdilər ki, Mosulun azad edilməsi əməliyyatı başlayandan indiyədək İŞİD-in iki mindən çox döyüşçüsü məhv edilib.

Şimali İraq regional kürd rəhbərliyi Rusiyadan hərbi yardım istəyib. Bunu muxtariyyət hökumətinin beynəlxalq əlaqələr departamentinin sədri Falax Bəkir Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanovla görüşü zamanı söyləyib. Onun sözlərinə görə, hazırda terrorizmə qarşı mübarizə İraq kürdləri üçün çox vacibdir: “Hesab edirik ki, müttəfiqlərimizdən biri olan Rusiya bizə təcili dəstək göstərməlidir. Bu səfər bizə Rusiyanın müxtəlif məsələlərlə bağlı mövqeyini müəyyənləşdirməyə imkan verdi”.

NATO-dan müharibə elanı kimi addım: 300 minlik...

Qərb-Rusiya münasibətləri “soyuq müharibə”dən real hərbi qarşıdurmaya keçə bilər. Hərbi ittifaqın baş katibi Yens Stoltenberq bildirib ki, NATO-nun yüz minlərlə hərbi qulluqçusu Rusiya ilə münasibətlərdə artan gərginlik fonunda daha yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

Onun sözlərinə görə, NATO rəhbərliyi Rusiyanın təcavüzünü dayandırmaq üçün əhəmiyyətli quru gücləri hazırlamaq fikrindədir.

NATO-dan müharibə elanı kimi addım: 300 minlik...

NATO-nun yüz minlərlə hərbi qulluqçusu Rusiya ilə münasibətlərdə artan gərginlik fonunda daha yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

NATO özünün aqressiv aktivliyini Rusiya tərəfdən olan mifik təhdidlərlə izah etməyə çalışır.

Rusiya Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Sergey Jeleznyak söyləyib ki, Rusiya dünyada konfliktlərin eskalasiyasını istəmir . “Mən heç kimə Rusiyanı təhdid etməyi məsləhət görmürəm. Rusiyanı təhdid edənlərin taleyi bütün dövrlərdə pis olub”, - o, bildirib.

Qeyd edək ki, bu gün NATO Baş katibi Yens Stoltenberq Rusiya aqressiyası ilə əlaqədar Alyansın yüz minlərlə əsgərinin yüksək hazırlıq vəziyyətinə gətiriləcəyini bildirib.

Saakaşvili istefa verdi - VİDEO

Bu gün Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vəzifəsindən istefa vermək barədə qərar qəbul edib.

Odessa keçirdiyi mətbuat konfransında Saakaşvili Ukrayna hakimiyyətini korrupsiyada ittiham edib. Saakaşvili istefa qərarını hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəməməsi ilə bağlayıb. “Yaranmış vəziyyətdə istefaya getməyə və mübarizənin yeni mərhələsinə başlamağa qərar verdim”, - o, deyib.

O, qeyd edib ki, məmurların gəlirləri haqqında elektron bəyannamələrin elanı onun səbrini daşıran “son damcı” olub.

Saakaşvili istefa verdi - VİDEO

Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vəzifəsindən istefa vermək barədə qərar qəbul edib.

Mixail Saakaşvili bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko regionda korrupsiya klanlarını şəxsən dəstəkləyir. Onun sözlərinə görə, bunlar Odessa meri Gennadi Truxanov və Odessa vilayət şurasının sədri Anatoli Urbanskiyin klanlarıdır.

Ukraynanın Odesa vilayətinin qubernatoru Mixail Saakaşvili istefa ərizəsini artıq Prezident Administrasiyasına göndərib. Saakaşvilinin mətbuat katibi Darina Çijin sözlərinə görə, Mixail Saakaşvili istefa ərizəsinin Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən təmin edilməsini gözləyir.

Ukrayna prezident administrasiyası Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefa qərarını şərh edib. Administrasiyadan verilən məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinin razılığından sonra Saakaşvilinin istefasını qəbul edəcək.

“Pyotr Poroşenko Bloku”nun sədr müavini Aleksey Qonçarenko isə söyləyib ki, Mixail Saakaşvili öz partiyasını yaradıb, Ukrayna siyasətində özünü göstərmək istəyir. “Saakaşvili bir gün belə qubernator işləməyib. O, Gürcüstanın xalq artistidir və Ukraynada özünü həmişə siyasətçi kimi aparıb”.

“Özalın açdığı anbarlar qan gölünə dönəcək” – 6 il əvvəkli toplantının ŞOK DETALLARI - VİDEO

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin 40 tələbəsindən biri olan şəxs 2010-cu ildə təşkil etdiyi gizli toplantısında 15 iyul qanlı çevriliş cəhdi ilə bağlı planının şifrələrini verib.

“Yeni Şafak” nəşrinin yazdığına görə, İzmir Respublika Baş prokuroru Okan Batonun apardığı istintaq zamanı təşkilatın imamının evində CD ələ keçirilib. CD-də gizli toplantıda müzakirə edilən mövzuların detalları yer alıb. Toplantıda “Ergenekon” iddiası ilə Türkiyənin ələ keçirilməsi layihəsinin həyata keçirildiyi, layihə müvəffəqiyyətli olmayacağı halda, bunun qanlı bir çevrilişlə həyata keçiriləcəyi bildirilir.

Gizli toplantıda qeyd edilir ki, 2017-ci ilə kimi hər şey “bitəcək”.

“Ən mühüm şərt sizin aktivliyinizdir. Təəssüf ki, biz hocaəfəndinin (Fəthullah Gülən –red.) istədiklərini bu günə qədər reallaşdıra bilmədik. Əgər bu iş ağrılı olsa, hər yeri qan götürər, Özalın (Türkiyənin 8-ci prezidenti Turqut Özal –red.) açdığı anbarlar qanla dolar”, - gizli toplantıda deyilir.

Söhbət zamanı çevrilişin Türkiyə Hava Qüvvələrinin rəhbərliyində yer alan “Kahtani” adlı şəxs tərəfindən həyata keçiriləcəyi bildirilir.

Toplantıda FETÖ-nün dünyanı ələ keçirmə planından da danışıblar: “Kahtaninin birinci vəzifəsi Türkiyədir. Sonra Mərkəzi Asiya ölkələri və islam dünyası, bütün xristian ölkələr diz çökdürüləcək. Ən son addım olaraq bütün ölkələr fəth ediləcək. Hocaəfəndinin ən son gedəcəyi yer Çin olacaq. Üç Fəthullah Gülən dövrü var. Hazırda ikinci Gülən dövrüdür. Üçüncü Gülən dövrü 2028-də başlanır. Fəthullah Gülən 2028-ci ildə Çinə gedəcək. 2029-cu ildə silahla öldürülərək şəhid olacaq, çünki vəzifəsini tamamlamış olacaq”.

“Özalın açdığı anbarlar qan gölünə dönəcək” – 6 il əvvəkli toplantının ŞOK DETALLARI - VİDEO

Gizli toplantıda qeyd edilir ki, 2017-ci ilə kimi hər şey “bitəcək”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR