Ronaldo müqavilə imzaladı: "10 il oynayacam"

Ronaldo müqavilə imzaladı:   "10 il oynayacam"
20:17 7 Noyabr 2016
154 İdman
Ölkə mətbuatı
A- A+

Kriştiano Ronaldo "Real"la yeni müqavilə imzalayıb. Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz onu 2021-ci ilə qədər "Kral Klubu"na bağlayacaq anlaşmaya imza atıb.


Bu gün "Santyaqo Bernabeu"da keçrilən mərasimə Ronaldo və klubun prezidenti Florentino Perez qatılıb. İmzalanma mərasimindən sonra brifinq keçirən futbolçu ən azı 10 daha futbol oynaya biləcəyini deyib: "Həyatımın çox özəl bir dönəmində bu klubda daha 5 il forma geyinəcəm. Bu mənim son müqaviləm olmayacaq. Hamı bunu bilsin. Daha uzun illər oynamağı planlaşdırıram. Ən azı 10 il oynayacam. Əlbətdə karyeramı "Real"da bitirmək istəyirəm".


Florentino Perez isə Ronaldonu "Real"ın yaşayan əfsanəsi adlandırıb.


Qeyd edək ki, "Real" Ronaldonu 2009-cu ildə "Mançester Yunayted"dən 94 milyon avroya alıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldo-muqavil-imzalad-t53981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR