Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ronaldu: "Bu, karyeramda yenilənən sonuncu müqavilə olmayacaq"

Ronaldu: "Bu, karyeramda yenilənən sonuncu müqavilə olmayacaq"

Date: 7 November 2016 20:32

Kriştianu Ronaldu "Real"la müqaviləsinin müddətini 2021-ci ilə kimi uzadıb. Goal.az xəbər verir ki, ulduz futbolçu açıqlamasında 2016-cı ili özü üçün uğurlu il adlandırıb. 

""Real"da qalmaq və karyeramı dünyanın ən böyük klubunda davam etdirməklə bağlı tərəddüdüm olmadı. 2016-cı il mənim üçün möhtəşəm oldu. "Real"la Çempionlar Liqasının qalibi olmaq, Portuqaliya ilə AVRO-2016-dakı zəfər, klubla müqaviləmi yeniləmək... Dəfələrlə xoşbəxt olduğumu və burada qalmaq istəyirəm. Amma bu, karyeramda yenilənən sonuncu müqavilə olmayacaq. 41 yaşıma kimi oynamaq istəyirəm".

Ronaldu 2009-cu ildə 94 milyon avro qarşılığında "Manchester United"dən "Real"a transfer edilmişdi.

Milli.Az


Tags:  Ronaldu Bu karyeramda yenilənən sonuncu müqavilə olmayacaq

RƏYLƏR


Top news