Millimizin rəqibində ciddi itki

Millimizin rəqibində ciddi itki
21:05 7 Noyabr 2016
109 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Almaniya yığmasının futbolçusu Jerom Boatenq sıradan çıxıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Bavariya"nın müdafiəçisi dizindən zədə alıb. Onun DÇ-2018-in seçmə mərhələsində San-Marino ilə oyunda və İtaliya ilə yoldaşlıq görüşündə iştirak etməyəcəyi bildirilib.

J.Boatenqin Almaniya bundesliqasının 11-ci turunda noyabrın 19-u "Borussiya"ya (Dortmund) qarşı oyuna kimi hazır olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR