Lider TV-nin aparıcısı fəxri diploma layiq görüldü

Lider TV-nin aparıcısı fəxri diploma layiq görüldü
21:06 7 Noyabr 2016
235 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan prezidenti İlham Əliyev televiziya və radio işçilərinin fəxri diplomla təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
Axşam.az-ın məlumatına görə, Lider Televiziyasının aparıcısı Günel Gözəlova da televiziya və radio sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikası prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Təəssüratlarını bölüşən aparıcı böyük fəxr hissi duyduğunu deyib:
 
“Artıq 16 ildir ki, jurnalistikadayam və davamlı olaraq canlı efirdəyəm. Keçirdiyim hissi heç bir sözlə ifadə edə bilmərəm. Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin “Beynəlxalq jurnalistika” fakültəsinin magistr dərəcəsinin qırmızı diplomunun yanına dövlət başçısı İlham Əliyevin də diplomu əlavə olundu. Bu mənimçün böyük fəxr və uğurdur. 16 il dövlətimə xidmət etməyi özümə borc bilmişəm və heç bir halda bu borcdan yayınmamışam. Heç vaxt dövlətimə xidmətdə səhv etməmişəm. Bunun müqabilində əməyimin qiymətləndirilməsi mənim üçün çox böyük uğurdur. Jurnalistika dördüncü hakimiyyətdir və bu hakimiyyətdə xəyanət etmədən dövlətə xidmət etmək, öz dövlətinin maraqları naminə daim irəliləmək bütün jurnalistlərin borcudur. Çünki biz müharibə şəraitində yaşayan ölkənin vətəndaşlarıyıq. Hansı peşədə çalışmağımızdan asılı olmayaraq unutmamalıyıq ki, bizim bir düşmənimiz var. Ona görə də hər addımımızda diqqətli olmalıyıq. Mən 16 ildə bu xidmətimin öhdəsindən layiqincə gəlmişəm, bununla fəxr edirəm. Zəhmətimi qiymətləndirdiyinə görə cənab prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm”.

Fəxri ada layiq görülən həmkarlarını təbrik edən G.Gözəlova jurnalistika fəaliyyətində ona verilən dəstəkdən də danışıb:
 
“Şirkətimizin rəhbəri cənab Ədaət Hüseyn oğlu Əliyevə minnətdarlığımı çatdırıram ki, bu uzun illərdə öz xidmətimi göstərməyim üçün Lider Televiziyasında mənim üçün çox böyük şərait yaradıb, qapı açıb. Mən öz uğurumu, öz beynimin məhsulunu ortaya qoya bilmişəm. Əgər bu olmasaydı, bu gün mən bu uğura nail ola bilməzdim. Çox sevincliyəm. Fəxri ada layiq görülüb-görülməməsindən asılı olmayaraq bütün həmkarlarımı televiziyamızın 60, radiomuzun 90 illiyi münasibətilə təbrik edirəm. Ürəkdən arzu edirəm ki, bütün jurnalistlərin əziyyəti qiymətləndirilsin. Vicdanlı, namuslu, ləyaqətli həmkarlarımın zəhmətinin yerdə qalmamasını diləyirəm”.

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR